Icma.az
close
up
RU
Avropada daha bir qaynar nöqtə yaranır

Avropada daha bir qaynar nöqtə yaranır

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Avropanın diqqəti Ukraynaya yönəlsə də, Qərbi Balkanlarda gərginlik artmaqdadır. Region liderləri Rusiya prezidenti Vladimir Putinin yaranmış vəziyyətdən istifadə edəcəyindən ehtiyatlanırlar.
Reyting.az
“Politico” nəşrinə istinadla bildirir ki, Britaniya rəsmiləri Qərbi Balkanları “başqa bir qaynar nöqtə” kimi xarakterizə edirlər.
“Avropada müharibənin getdiyi və Rusiyanın da bölgədə güclü təsirə malik olduğu bir vaxtda, həll edilməli problemlərin olduğu Qərbi Balkanlardan uzaq durmaq axmaqlıq olardı”, - deyə Böyük Britaniyanın xarici işlər naziri David Lammi bildirib.
“Politico”nun qeyd etdiyi kimi, xarici siyasət ekspertləri və nazirlər Kremlin Balkanlarda iğtişaşlar yaratmaq, Rusiyanın öz maraqlarını gücləndirmək və Avropa İttifaqı sərhədlərində daha çox problem yaratmaq üçün köklü etnik və dini gərginlikdən istifadə etməyə çalışacağından narahatdırlar.
“Onlar indi irəli getməlidirlər, yoxsa Rusiyanın oyun meydançası olmağa davam edəcəklər”,- Britaniya rəsmilərindən biri regionun Avropa İttifaqına doğru getməsinə işarə edərək deyib.
David Lammi hesab edir ki, Serbiya demokratik geri çəkilməsinə, Rusiya ilə flört etməsinə və Kosovonu tanımaqdan davamlı imtina etməsinə baxmayaraq həqiqətən Aİ-yə qoşulmaq istəyir: “Ancaq alternativ baxış var və bu, daha qaranlıq bir baxışdır. Bu, oliqarxiya, sərt dövlət nəzarətinə aid olan mövqedir”.
Nəşr xatırladıb ki, Serbiya silah-sursatının Ukraynaya ötürülməsinə icazə verib, lakin eyni zamanda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən iki Avropa ölkəsindən biridir. Onun rəhbərliyi Aİ-yə üzvlük tərəfdarıdır, eyni zamanda Moskva və Çinlə sıx əlaqələr saxlayır.
Kosovo prezidenti Vjosa Osmani xəbərdarlıq edir ki, Putin ABŞ-nın Ukrayna ilə apardığı sülh danışıqlarından ruhlanaraq çıxsa, Balkanlar münaqişənin “yayılması” üçün “münbit zəmin” ola bilər.
Bu arada “Reuters” xəbər verir ki, Rusiya təxribat törətmək məqsədilə partlayıcı maddələri kosmetika və seks oyuncaqları olan bağlamalarda gizlədir. Böyük Britaniya, Almaniya və Polşada kuryer anbarlarında silsilə kiçik bomba partlayışlarından sonra Rusiya ilə əlaqəsi olan təxribat qrupu ifşa edilib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri