Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Avropada böyük parçalanma: Yeni müstəqil dövlət yaranır

Avropada böyük parçalanma: Yeni müstəqil dövlət yaranır

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mesajları dünyanın ən böyük adasını geosiyasi arenaya çıxarıb. Onun 2019-cu ildə Qrenlandiyanı almaq təklifi zarafat kimi qəbul edilsə də, indi vəziyyət daha ciddi görünür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Qrenlandiyalılar Danimarkadan müstəqillik uğrunda hərəkatı gücləndiriblər, qarşıdan gələn seçkilər adanın taleyinin həllində mühüm mərhələ olacaq. ABŞ Trampın rəhbərliyi altında adalıların bu istəklərindən geosiyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Qrenlandiya Şimali Amerika ilə Avropa arasında yerləşdiyinə görə strateji əhəmiyyətə malikdir. Burada kosmosa nəzarət və raket təhdidlərinin aşkarlanması ilə məşğul olan Amerika hərbi bazası yerləşir. Bundan əlavə, ada elektronika sənayesi üçün vacib olan qızıl, almaz, uran və nadir metallar da daxil olmaqla təbii ehtiyatlarla zəngindir. Buzlaqların əriməsi gələcəkdə əsas ola biləcək yeni daşıma yolları da açır.

Qrenlandiya üç əsrdən çoxdur Danimarkanın nəzarətindədir, amma son illərdə müstəmləkəçilərin sui-istifadə faktları üzə çıxıb. Bunlara 1960-1970-ci illərdə qızlar arasında məcburi doğuşa nəzarət, eləcə də milli ayrı-seçkilik daxildir.

2009-cu ildə qəbul edilmiş idarəetmə qanununa əsasən, Qrenlandiya daxili işlərə nəzarət edir, xarici siyasət, müdafiə və maliyyə isə Danimarkada qalır. Bununla belə, Qrenlandiya Baş naziri Mute Yeqde Yeni il çıxışında müstəmləkə dövrünün buxovlarının qırılmasını istəyib.

Tramp Qrenlandiyanın müstəqillik istəklərindən yararlanmağa çalışır.

Ekspertlərin fikrincə, ABŞ təsirini artırmaq müqabilində maliyyə dəstəyi və ya investisiya təklif edə bilər. Tramp nadir metalların hasilatı və hidroenergetikanın inkişafına sərmayə qoyulması imkanlarını nəzərdən keçirir.

Qrenlandiyanın ABŞ-nin xeyrinə Danimarka subsidiyalarından (ildə 600 milyon dollar) imtina edəcəyi siyasi ssenari adanın müstəqilliyini gücləndirməyə kömək edə bilər. Professor Peter Viqqo Yakobsen hesab edir ki, ABŞ-dən daha yaxşı maliyyə razılaşması qrenlandiyalıların əksəriyyətini müstəqilliyə səs verməyə inandıra bilər.

Danimarka da Qrenlandiyada təsirini saxlamaq üçün addımlar atır. Xüsusilə, hökumət Arktikanın müdafiəsinə yeni sərmayə və hidroenergetika layihələrinin maliyyələşdirilməsinə yardım elan edib. Danimarka Baş naziri Mette Frederiksen deyib ki, yalnız qrenlandiyalılar gələcəklərini müəyyən edə bilərlər.

Danimarka xarici siyasətdə Qrenlandiyanın hüquqlarını tədricən artırır və rabitəni yaxşılaşdırmaq üçün parlamentə qrenland dilini bilən tərcüməçilər cəlb edib.

Qrenlandiyanın müstəqilliyi maliyyə və siyasi tərəfdaşlar tapmaq ehtiyacı da daxil olmaqla, yeni çağırışlar gətirəcək. Ada ABŞ ilə sərbəst assosiasiya sazişi bağlaya bilər ki, bu da ona resurslar üzərində nəzarəti saxlamağa və iqtisadi inkişaf üçün dəstək almağa imkan verəcək. Bununla belə, ekspertlər vurğulayırlar ki, Qrenlandiyanın müstəqilliyinin necə olacağı ilə bağlı hələ dəqiq planı yoxdur. Bu həm iqtisadi modelə, həm də xarici siyasət kursuna aiddir.

Danimarkalı analitik Ulrik Pram Qadın sözlərinə görə, adalıları ən azı “müstəqillik” dedikdə nəyi nəzərdə tutduqlarını dəqiq müəyyən etməlidirlər.

Xatırladaq ki, bundan əvvəl Tramp Qrenlandiya üzərində nəzarəti ABŞ-nin maraqları üçün vacib adlandırıb. Danimarka ona cavabında bildirib ki, Qrenlandiya satılmır. Danimarka kralı bundan dərhal sonra Qrenlandiya və Farer adalarının simvollarını əlavə edərək ölkənin 6 əsrlik gerbini dəyişdirib.

ABŞ lideri son olaraq dünən bəyan edib ki, Danimarka Qrenlandiyadan imtina etməlidir. Tramp məqsədinə çatmaq üçün gələcəkdə hərbi gücdən istifadə imkanını da nəzərdən keçirir.

Dünyanın ən böyük adası olan Qrenlandiya 2.1 milyon kvadrat kilometr ərazini əhatə edir. Ada 300 ildir Danimarkanın nəzarətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri