Avropada elektromobil inqilabı nın nə vaxt olacaq? Mütəxəssislərdən proqnoz
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2050-ci ilə qədər batareya ilə işləyən elektromobillər Avropa bazarında yeni avtomobil satışlarının demək olar ki, hamısını təşkil edəcək.
Qaynarinfo xəbər verir ki, "Ernst & Young" şirkətinin "Reuters"lə paylaşdığı hesabata əsasən, 2032-ci ilə qədər elektromobillərin payı Avropada yeni minik avtomobili satışlarının 50 faizini ötəcək və 2030-cu ildən sonra hibrid modelləri geridə qoyacaq.
Mütəxəssislərin fikrincə, Avropa brendləri büdcə elektromobillərini nisbətən ləng tətbiq etsələr də, siyasi hədəflər, tələbin bərpası və əlçatan modellərin ortaya çıxması elektromobillərin geniş yayılmasına təkan verəcək.
Bu həftə Avropa istehsalçıları Münhendə keçirilən "IAA Mobility" sərgisində yeni elektromobil modellərini təqdim edir. Tədbir Çin istehsalçıları ilə artan rəqabət fonunda baş tutur. Avropa avtomobil sənayesi eyni zamanda ABŞ tərəfindən artırılan gömrük rüsumları ilə də üzləşir.
Proqnozlara görə, qlobal avtomobil satışları (o cümlədən Avropa, Çin və ABŞ bazarlarında) bu il illik hesabla 2,2 faiz artacaq. 2030-cu ilə qədər isə artım tempi 2 faizdən aşağı enə bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Sentyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















