Icma.az
close
up
RU
Avropada ən bahalı və ən ucuz novostroyka hardadır?

Avropada ən bahalı və ən ucuz novostroyka hardadır?

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropada yeni tikilən yaşayış sahələrinin ən bahalı və ən ucuz qiymətə satıldığı ölkələr məlum olub.

«Deloitte» şirkəti 2024-cü il üçün Avropanın 28 ölkəsində əməliyyat (alış-satış) məlumatlarını təhlil edib.

Araşdırma göstərib ki, Avropada ən bahalı yeni tikililər Lüksemburqdadır. Burada satılan mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8760 avrodur. Başqa sözlə, Lüksemburqda bundan da bahalı «novostroyka»lar var, sadəcə bu orta qiymətdir.

Siyahıda sonrakı yerləri İsrail (6130 avro), Böyük Britaniya (5200 avro), Avstriya (5050 avro) və Portuqaliya (5050 avro) tutur.

Gözlənilməyən halda, Şərqi Avropa ölkəsi olan Çexiya «novostroyka»ların qiymətinə görə, Almaniya, Hollandiya və İspaniyanı qabaqlayıb. 2024-cü ildə Çexiyada «novostroyka»ların orta qiyməti 5030 avro olub ki, Almaniyada bu rəqəm 4800 avro, Niderlandda 4 157 avro, İspaniyada isə 3 739 avro təşkil edib. Baxmayaraq ki, hələ ötən il İspaniyada evlər 8,8% bahalaşıb, Çexiyada isə, yeri gəlmişkən, illik bahalaşma 2,7% olub.

Avropada ən ucuz «novostroyka»lara gəlincə isə, 6 ölkədə evlərin qiyməti 2000 avrodan aşağıdır. Ən aşağı qiymət Türkiyədədir – burada yeni tikilən mənzillərin 1 kvadratmetrinin orta qiyməti 950 avro təşkil edir.

FED.az xəbər verir ki, ötən il Türkiyədə qiymətlər 12% ucuzlaşıb, bu olmasaydı qiymət 1000 avrodan yüksək olacaqdı.

Yeni tikililərin ucuzluğuna görə 2-ci yeri Bosniya və Hersoqovina tutur – 1482 avro, son bir ildə burada qiymətlər 12,7% bahalaşıb.

Son illərə qədər daşınmaz əmlak bazarı yuxudan ayılmayan Albaniyada isə yeni tikililər son bir ildə 16,5% bahalış bvə 1 kvadratmetrinin qiyməti 1620 avroya yüksəlib.

Rumıniyada qiymətlər 1680 avro, Serbiyada isə 1750 avrodur. Balkanlardakı ucuz evlər olan ölkələrin siyahısını Yunanıstan tamamlayır – 1790 avro.

Qeyd edək ki, bu statistika təklif olunan qiymətləri deyil, faktiki əməliyyatları, yəni alış-satış qiymətini nəzərə alır.

İl ərzində yeni tikilidə hər kvadratmetrin qiymətinin ən böyük artımı Polşada olub – 19,3%. Miqrantların axını bu ölkənin əmlak bazarını «partladıb». Bosniya və Herseqovinada və İsraildə qiymətlər 12,7% artıb. Onları Macarıstan (+11,7%), Xorvatiya və Rumıniya (+11,5%), İtaliya (+11,2%) və Yunanıstan (+10,2%) izləyib.

Ötən il Avropanın 5 ölkəsində daşınmaz əmlak ucuzlaşıb, ən böyük azalma Türkiyədə (-12%) olub.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri