Avropada ən ucuz və ən bahalı benzin hansı ölkədə satılır? Tam siyahı
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub.
Yeniavaz.com məşhur “Autotraveler” portalının yanvar ayı üçün açıqladığı məlumata istinadən xəbər verir ki, şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,56 avro (98 qəpik) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,17 avroya (3,8 manat) satılıb.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manata (0,91 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus.
Yanvar ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdaki kimi olub: s/s Ölkələr Qiymət (avro) 1 Rusiya 0,56 2 Belarus 0,68 3 Azərbaycan 0,91 4 Gürcüstan 1,07 5 Bosniya və Herseqovina 1,24 6 Moldova 1,24 7 Türkiyə 1,25 8 Şimali Makedoniya 1,29 9 Ukrayna 1,30 10 Bolqarıstan 1,31 11 Ermənistan 1,31 12 Malta 1,34 13 Andorra 1,39 14 Kipr 1,40 15 Çexiya 1.41 16 Polşa 1,43 17 Rumıniya 1,46 18 Litva 1,46 19 Xorvatiya 1,47 20 Monteneqro 1,47 21 Sloveniya 1,50 22 İsveç 1,50 23 Lüksemburq 1,53 24 Macarıstan 1,54 25 İspaniya 1,55 26 Slovakiya 1,55 27 Avstriya 1,55 28 Serbiya 1,56 29 Latviya 1,61 30 Estoniya 1,67 31 Belçika 1,69 32 Finlandiya 1,73 33 İrlandiya 1,76 34 Albaniya 1,76 35 Fransa 1,79 36 İtaliya 1,80 37 Portuqaliya 1,80 38 Yunanıstan 1,82 39 Almaniya 1,83 40 İsveçrə 1,85 41 Norveç 1,86 42 Danimarka 1,92 43 İslandiya 2,03 44 Böyük Britaniya 2,08 45 Niderland 2,17
Elnur Əli
Baxış sayı:181
Bu xəbər 19 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















