Icma.az
close
up
RU
Avropada ən kasıb pensiyaçılar hansı ölkədədir: ən azını kim alır?

Avropada ən kasıb pensiyaçılar hansı ölkədədir: ən azını kim alır?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şərqi Avropada təqaüdçülər daha çox maliyyə çətinlikləri ilə üzləşirlər, Şimali və Qərbi Avropada isə yaşlı insanlar, ümumiyyətlə, daha yaxşı yaşayırlar. Bununla belə, pensiyaçılar arasında yoxsulluq səviyyəsinin gözləniləndən yüksək olduğu iki ölkə var. 

Lent.az xarici KİV-ə istinadla orta gəlirlə müqayisədə ən aşağı pensiyanın hansı ölkədə yaşadığını və hansının ən yüksək olduğunu tqədim edir.

Pensiyaçılar ən az harada qazanır? Avropada ən aşağı pensiyalar hansı ölkələrdədir?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatına görə, əksər Avropa ölkələrində 65 yaşdan yuxarı insanların orta gəliri ölkə üzrə orta göstəricidən aşağıdır. Bəzi hallarda bu, orta göstəricinin 80 faizdən azdır və yoxsulluq səviyyəsinin artmasına səbəb olur.

Yoxsulluq həddi nədir? O, insanların hansı hissəsinin müəyyən edilmiş minimumdan az qazandığını, yəni yoxsulluq həddindən aşağı yaşadığını göstərir. İƏİT-in məlumatına görə, yoxsulluq həddi milli orta gəlirin 50 faizini təşkil edir.

2022-ci ildə 30 Avropa ölkəsi arasında pensiyaçıların yoxsulluq səviyyəsi İslandiyada 3,1 faizdən Estoniyada 37,4 faizə qədər dəyişib. Yəni, bəzi ölkələrdə təqaüdçülərin üçdə birindən çoxu ölkə üzrə orta səviyyənin yarısından aşağı gəlir əldə edib.

Şərqi Avropa

Şərqi Avropada, xüsusən də Baltikyanı və digər post-kommunist ölkələrində təqaüdçülərin maliyyə qeyri-sabitliyi ilə üzləşmə ehtimalı daha çoxdur.

Aşağıdakı ölkələrdə pensiyaçılar arasında yoxsulluq səviyyəsi yüksəkdir:

• Estoniya - pensiyaçıların 37,4 faizi;

• Latviya – 33 faizi;

• Xorvatiya - 28,5 faizi;

• Litva - 24,6 faizi.

Bu o deməkdir ki, bu ölkələrdə pensiyaçıların əhəmiyyətli bir hissəsi ölkə üzrə orta göstəricidən xeyli aşağı gəlirlə yaşayır.

Qərbi və Şimali Avropa

Qərbi və Şimali Avropada pensiyaçılar arasında yoxsulluq səviyyəsi, ümumiyyətlə, aşağıdır:

• İslandiyada - pensiyaçıların 3,1 faizi;

• Norveçdə - 4,1 faizi;

• Danimarkada - 4,3 faizi;

• Finlandiyada - 5,5 faizi.

Bu ölkələr yaxşı inkişaf etmiş sosial təminat sistemlərindən və universal pensiya proqramlarından faydalanır.

Bununla belə, nə qədər təəccüblü səslənsə də, İsveçrə və Böyük Britaniya fərqlənir – orada orta gəlirdən aşağı olan pensiyaçıların xüsusi çəkisi kifayət qədər yüksəkdir – pensiyaçıların müvafiq olaraq 19,8 faizi və 14,9 faizi.

Avropanın ən böyük beş iqtisadiyyatını götürsək, pensiyaçıların yoxsulluq səviyyəsi belə görünür:

• Böyük Britaniya - 14,9 faiz;

• Almaniya - 14,1 faiz;

• İspaniya - 13,1 faiz;

• İtaliya – 12 faiz;

• Fransa – 6 faiz.

Ümumilikdə, pensiya yaşına çatmış qadınların gözlənilən ömür uzunluğu və buna görə də pensiyadan asılılıq müddətinin daha uzun olması səbəbindən kişilərə nisbətən yoxsulluqla üzləşmə ehtimalı daha yüksəkdir.

İƏİT-in pensiyalar üzrə analitiki Endryu Reylinin fikrincə, pensiyaçıların yoxsulluğunun əsas səbəbi təbii ki, aşağı pensiya müavinətləridir. "Uzun iş karyerasına baxmayaraq, Estoniya, Yaponiya, Koreya, Latviya və Litvada pensiyalar aşağı olaraq qalır", - ekspert vurğulayır.

Eyni zamanda, o qeyd edib ki, geniş sosial müdafiə sistemi olan ölkələrdə - ehtiyacı olanlara ünvanlı yardım və ya bütün pensiyaçılara universal ödənişlər - yaşlılar arasında yoxsulluq daha az müşahidə olunur. Buna misal olaraq Danimarka, İslandiya və Norveçi göstərmək olar.

Pensiyaçıların gəlirləri də ölkələr arasında çox dəyişir. 2022-ci ildə bu rəqəm Estoniyada 66,3 faizdən Lüksemburqda 107 faizə qədər dəyişib:

• Estoniya - pensiyaçıların gəlirləri orta gəlirin 66,3 faizini təşkil edir;

• Litva - 66,5 faiz;

• Latviya - 71,4 faiz;

• Xorvatiya - 73,4 faiz;

• Belçika - 76,2 faiz;

• Çexiya - 76,7 faiz;

• Bolqarıstan - 77,2 faiz;

• İsveçrə - 79,4 faiz;

• Böyük Britaniya - 82,1 faiz;

• Almaniya – 90 faiz;

• Fransa - 94,3 faiz;

• İspaniya - 96,7 faiz;

• Portuqaliya - 97,1 faiz;

• İtaliya - 98,8 faiz.

Lüksemburqda pensiyaçılar orta vətəndaşdan daha çox qazanırlar - orta gəlirin 107 faizi.

Bəzi ölkələrdə illər arasındakı fərq də əhəmiyyətli ola bilər. Məsələn, Türkiyədə təqaüdçülərin gəlirləri 2019-cu ildəki orta səviyyəyə (97 faiz), 2020-ci ildəki gəlirləri (103 faiz) üstələsə də, 2022-ci ilə qədər yenidən 84 faizə düşüb.

Bununla belə, ekspertlər hesab edir ki, pensiyaçıların həyat səviyyəsini qiymətləndirərkən təkcə pensiyanın həcminə deyil, həm də onun real alıcılıq qabiliyyətinə – onun nə qədər mal və xidmət ala biləcəyinə baxmaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri