Dünyada ən çox müəllim hansı ölkədədir?
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər bir ölkədə uşaqların təhsil almasında müəllimlərin böyük rolu vardır.
"Bakupost" xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (ILOSTAT) və UNESCO Statistika İnstitutunun məlumatlarına görə, adambaşına düşən müəllim sayına görə başda İslandiya olmaqla ilk onluqda əsasən yüksək gəlirli Şimali və Qərbi Avropa ölkələri qərarlaşıb.
Qeyd edək ki, qlobal statistika bütün təhsil pillələrini (məktəbəqədər, orta, peşə və ali təhsil) əhatə edir.
İslandiyada yüz min nəfərə təxminən 4 500 müəllim düşür.
İkinci yeri tutan Danimarka şagird-müəllim nisbətinin ən aşağı olduğu ölkədir. Burada hər 4 şagirdə 1-dən çox müəllim düşür.
Norveç də yüksək təhsil büdcəsi və kiçik sinif komplektləri hesabına ilk sıralarda yer alıb.
Digər Skandinav ölkəsi İsveç də bütün təhsil səviyyələrində geniş pedaqoji heyətə malikdir. İsveçrə isə Qərbi Avropada adambaşına düşən müəllim sıxlığına görə ön sıralardadır.
Lüksemburq da liderlərdəndir. Bu ölkə həm müəllimlərin say sıxlığına, həm də əməkhaqqı səviyyəsinə görə qlobal liderlərdəndir.
Belçika da dövlət və özəl təhsil sektorunda yüksək müəllim nisbəti ilə seçilir. Litva isə Baltikyanı ölkələr arasında ümumi və orta təhsil müəllimlərinin əhaliyə nisbətinə görə ən yüksək göstəriciyə malikdir.
Rusiya ilk 10-luqda yüksək gəlirli ölkələr kateqoriyasına daxil olmayan yeganə dövlətdir. Şimal ölkəsində 15 yaşadək hər min uşağa 173 müəllim düşür.
San-Marino və Lixtenşteyn də geniş təhsil şəbəkəsi səbəbindən orta və tam orta təhsil pilləsi üzrə hər 100 min nəfərə 1 250–1 875 arası müəllimlə reytinqdə yüksək yer tutur.
Azərbaycanda hesablama əsasən ümumi təhsil (orta məktəb) müəssisələri üzrə aparılır. Azərbaycan Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin son məlumatlarına əsasən ölkə əhalisinin təxminən 10,27 milyon nəfər olduğu şəraitdə, dövlət ümumi təhsil müəssisələrində 121 min 424 nəfər, özəl məktəblər və tədris prosesində iştirak edən rəhbər heyətlə birlikdə isə 132 mindən çox müəllim fəaliyyət göstərir.
Bu rəqəmlərə əsasən, Azərbaycanda əhalinin hər 100 min nəfərinə dövlət məktəbləri üzrə 1 182, ümumi məktəb sistemi üzrə isə 1 287 müəllim düşür. Məktəbəqədər və ali təhsil müəssisələrinin professor-müəllim heyəti də əlavə edildikdə bu göstərici 1 500–1 600 nəfər aralığına yüksəlir.
Azərbaycanda bir müəllimə orta hesabla 12-13 şagird düşür ki, bu da Avropa İttifaqı ölkələrinin orta göstəricisinə (13 şagird) yaxındır.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















