Icma.az
close
up
RU
Avropada ən çox hansı avtomobillər satılır? Siyahı

Avropada ən çox hansı avtomobillər satılır? Siyahı

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Avropa İttifaqında (Aİ) avtomobil satışları bu ilin oktyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb.
Yeniavaz.com
xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Aİ ölkələrində qeydiyyata alınan yeni minik avtomobillərinin sayı ötən ilin oktyabrındakı 866,1 min ədəd səviyyəsindən bu ilin eyni ayında 916,6 min ədədə yüksəlib.
İspaniyada satışlar 15,9, Almaniyada 7,8, Fransada 2,9 faiz artıb, İtaliyada isə 0,5 faiz azalma qeydə alınıb. Aİ-yə əlavə olaraq İslandiya, Norveç, İsveçrə və Böyük Britaniyanı əhatə edən geniş Avropa bazarında da satışlar 4,9 faiz artaraq 1,09 milyon ədədə çatıb. Böyük Britaniyada isə oktyabrda satışlar 0,5 faiz artımla 144 min 950 avtomobil təşkil edib.
Elektrik avtomobilləri üzrə göstəricilər daha yüksək dinamika nümayiş etdirib. Oktyabr ayında Aİ-də elektrikli nəqliyyat vasitələrinin satışı 38,6 faiz artaraq 173 min 170 ədədə yüksəlib. Yanvar–oktyabr dövründə elektrik avtomobillərinin ümumi satışlardakı payı ötən ildəki 13,2 faizdən 16,4 faizə çatıb.
Avtomobil istehsalçıları arasında satış artımı fərqli olub. “Volkswagen Qrup”un Aİ-də satışı 7,9 faiz, “Stellantis”in 6,6 faiz, “Renault”un isə 10 faiz yüksəlib. Almaniyanın premium avtomobil markalarından BMW-nin tədarükləri 8,7 faiz, “Mercedes-Benz”in isə 2 faiz artıb. “Toyota Qrup”un satışları 10,8 faiz artdığı halda, ABŞ istehsalçısı “Ford”un satışları 8,8 faiz azalıb. Cənubi Koreyanın “Hyundai Group” şirkəti isə satışı cüzi – 0,1 faiz artırıb.
Elektrikli avtomobil markaları arasında “Tesla” oktyabr ayında Aİ-də ciddi geriləmə ilə üzləşib – şirkətin satışları 48 faiz azalaraq 5650 avtomobilə düşüb. Çin istehsalçısı BYD isə əksinə, satışlarını təxminən üç dəfə artıraraq 13 min 350 ədədə çatdırıb.
Yanvar–oktyabr aylarının yekunlarına görə, Avropa İttifaqında ümumi avtomobil satışı 1,4 faiz artaraq 8,974 milyon ədəd olub.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri