Icma.az
close
up
RU
Avropada fırıldaqçılıq: Sabiq diplomatiya rəhbəri Mogerini həbs edildi

Avropada fırıldaqçılıq: Sabiq diplomatiya rəhbəri Mogerini həbs edildi

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Belçikada fırıldaqçılıq işi çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sabiq Ali Nümayəndəsi Federika Mogerini həbs edilib.

BAKU.WS xəbər verir ki, bu, onun hazırda rəhbərlik etdiyi Avropa Kollecində diplomatik təlim proqramı ilə bağlıdır.

Onunla birlikdə daha iki şəxs də saxlanılıb, onlardan biri Avropa Xarici Əlaqələr Xidmətinin sabiq baş katibi Stefano Sanninodur. Hazırda Mogerini həbsdədir. İstintaq onun korrupsiya, maraqların toqquşması və peşə sirrinin pozulmasında şübhəli olduğunu bildirir.

Belçikada nəşr olunan "Le Soir" qəzeti xəbər verir ki, sabiq Avropa diplomatiyasının rəhbəri, hazırda Avropa Kollecinin rektoru olan Federika Mogerini fırıldaqçılıq və ədalətsiz rəqabət şübhəsi ilə Brüggedə saxlanılıb.

Qəzetin məlumatına görə, çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı diplomatik xidmətində və Brüggedəki Avropa Kollecinin bir neçə binasında AB vəsaitlərinin istifadəsi ilə bağlı mümkün fırıldaqçılığın araşdırılması çərçivəsində axtarışlar aparılıb.

Mogerinidən başqa, iki nəfər də saxlanılıb. Onlardan biri Avropa Xarici Əlaqələr Xidmətinin sabiq baş katibi italiyalı diplomat Stefano Sanninodur. Üçüncü şübhəlilərin adları açıqlanmır, yalnız bildirilir ki, o, Avropa Kollecinin meneceri, yəni Mogerininin işçisidir.

Avropa Prokurorluğu aparılan istintaq tədbirlərini təsdiqləyib və qeyd edib ki, axtarışlar Brüggedəki Avropa Kollecinin bir neçə binasında, Brüsseldəki Avropa Xarici Əlaqələr Xidmətində və şübhəlilərin evlərində aparılıb. Araşdırma 2021-2022-ci illərdə AB üzv ölkələrindən gənc diplomatlar üçün təşkil olunan doqquz aylıq təlim proqramına həsr olunub.

Avropa Prokurorluğu bildirib ki, proqramın həyata keçirilməsi üzrə tender zamanı Maliyyə qaydalarının 169-cu maddəsi – ədalətli rəqabət prinsipi pozulmuş və tenderdə iştirak edən namizədlərdən birinə mövcud satınalmalar barədə məxfi məlumat ötürülmüş ola bilər.

Axtarışlardan əvvəl hüquq-mühafizə orqanları bir neçə şübhəlini toxunulmazlıqdan məhrum etməyi tələb edib və bu tələb təmin olunub. Mümkün ittihamlar dövlət müqavilələrinin fırıldaqla bağlanması, korrupsiya, maraqların toqquşması və peşə sirrinin pozulması"ola bilər.

"Le Soir" qəzeti araşdırmanı Belçikanın Brügge şəhərinin yerləşdiyi Qərbi Flandriya bölgəsinin istintaq hakimlərinin apardığını qeyd edir. Axtarışları isə Belçika Federal Polisi həyata keçirib.

"Euroactiv" portalı şahidlərə istinadən bildirir ki, çərşənbə axşamı səhər saat 7:30-da Avropa Xarici Əlaqələr Xidmətinin qərargahına təxminən on mülki geyimli əməkdaş daxil olub. Portalın məlumatına görə, araşdırma həmçinin Avropa Kollecinin diplomatların yaşaması üçün Şpanjardstraat küçəsindəki binanı necə əldə etməsi ilə bağlıdır. Belə "yoldaşlıq evinin" mövcudluğu tenderdə iştirak üçün vacib şərt olub.

Qeyd edək ki, Federika Mogerini İtaliya və Avropa siyasətçisidir. 1973-cü ildə Roma şəhərində anadan olub. 2014-cü ilin fevralından İtaliyanın xarici işlər naziri olub. 2014-cü il noyabrın 1-dən 2019-cu il noyabrın 30-dək Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi olub.

2014-cü ildə o, Kiyevdə baş verən "Maydan" hadisələri, prezident Viktor Yanukoviçin devrilməsi və Krımın Rusiya tərəfindən ələ keçirilməsi ilə başlayan Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsinə fəal şəkildə qatılıb. Mogerini bir neçə dəfə Kiyev və Moskva ilə danışıqlar aparmaq üçün səfərlər edib.

Avropa diplomatiyasının rəhbərliyindəki mandatının bitməsindən sonra 2020-ci ildə o, Brüggedəki Avropa Kollecinin direktorluğuna təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri