Icma.az
close
up
RU
Federika Mogerini həbs olundu Aİ də genişmiqyaslı korrupsiya əməliyyatı

Federika Mogerini həbs olundu Aİ də genişmiqyaslı korrupsiya əməliyyatı

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Belçika polisi Avropa İttifaqının (Aİ) diplomatik strukturlarında tender pozuntuları ilə bağlı istintaq çərçivəsində keçmiş Aİ baş diplomatı və “College of Europe”un rektoru Federika Moqerinin həbs olunduğunu açıqlayıb. Əməliyyat Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) və “College of Europe”ın Brüssel və Brüj şəhərlərindəki binalarında eyni vaxtda keçirilib.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Moqerini də daxil olmaqla üç nəfər həbs olunub. Onların ev və ofislərində aparılan axtarışlar zamanı sənədlər və elektron məlumat daşıyıcıları müsadirə edilib. İstintaqa Avropa Prokurorluğu (EPPO) və OLAF cəlb olunub.
İstintaqın mahiyyəti
Mütəxəssislər araşdırmanın əsasən 2021–2022-ci illərdə EEAS tərəfindən elan olunan “EU Diplomatic Academy” proqramı üçün keçirilmiş tenderlə bağlı olduğunu bildirirlər. “College of Europe” həmin tenderin qalibi olmuşdu.
İstintaqın ilkin versiyasına görə, tender elan edilməmişdən əvvəl “College of Europe” nümayəndələrinin müsabiqə şərtləri ilə bağlı məxfi məlumatlara çıxışı ola bilərdi. Bu isə Aİ qanunvericiliyinə əsasən ədalətli rəqabət prinsiplərinin pozulması (“procurement fraud”) korrupsiya və maraqların toqquşması kimi qiymətləndirilir.
Bundan əlavə, məktəbin 2022-ci ildə Brüj şəhərində 3,2 milyon avroya bina satın alması da araşdırılan məqamlardandır. Binanın tenderdən əvvəl alınması və sonradan proqram üçün istifadə olunması qurumun diqqətini çəkib.

Mogerinin statusu və əhəmiyyət
Federika Moqerini 2014–2019-cu illərdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi olub, daha sonra “College of Europe”un rektoru təyin edilib. 2025-ci ildə o, ikinci beşillik müddətə yenidən seçilmişdi.
Onun saxlanılması Avropa diplomatiyasında ciddi rezonans doğurub. Sabiq ali nümayəndənin adı tender saxtakarlığı və korrupsiya istintaqında keçdiyi üçün bu hadisə həm siyasi, həm institusional baxımdan geniş müzakirələrə səbəb olub.
EEAS və “College of Europe”ın mövqeyi
Hər iki qurum hazırda istintaqa dair geniş açıqlama vermir. Aİ rəsmiləri prosesin davam etdiyini, bütün tərəflərin hüquqi prosedurlara uyğun şəkildə araşdırıldığını bildirirlər.
Hadisə Avropa İttifaqında büdcə şəffaflığı, tender mexanizmləri və yüksək vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, əgər iddialar təsdiqlənsə, bu, Aİ institutlarının içində son illərin ən ciddi korrupsiya qalmaqallarından biri olacaq.
Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri