Icma.az
close
up
RU
Avropada işçilərin təxminən 40 faizi “yüksək psixi sağlamlıq riski” altındadır ARAŞDIRMA AZƏRTAC

Avropada işçilərin təxminən 40 faizi “yüksək psixi sağlamlıq riski” altındadır ARAŞDIRMA AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 dekabr, AZƏRTAC

Yeni bir araşdırmaya görə, Avropada işçilərin təxminən 40 faizi “yüksək psixi sağlamlıq riski” altındadır.

AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, “TELUS Health”in apardığı tədqiqat, altı Avropa ölkəsində – Fransa, İtaliya, İspaniya, Polşa, Almaniya və Niderlandda işçilərin psixi sağlamlıq vəziyyətini qiymətləndirib. Sorğunun nəticələrinə görə, hər 500 nəfərdən biri psixi sağlamlıq göstəricilərinə əsasən risk qrupuna aid edilib. Bu göstərici İspaniyada 48 faiz, Polşada 45 faiz, İtaliyada isə 43 faiz təşkil edir. Niderland isə yüksək psixi sağlamlıq riski olan işçilərin ən aşağı nisbətinə sahibdir (24 faiz).

“TELUS Health”in tədqiqat və anlayışlar üzrə vitse-prezidenti Paula Allen, psixi sağlamlıq vəziyyətini təsir edən bir neçə əsas amili vurğulayıb. Bunlar arasında ölkənin ümumi şərtləri, mədəniyyət fərqlilikləri, cinsiyyət və yaş faktorları ilə yanaşı, sosial-iqtisadi vəziyyətin də böyük rol oynadığı qeyd olunub. Onun sözlərinə görə, qadınların psixi sağlamlıq göstəriciləri kişilərdən 5 bal aşağıdır. Bu fərqlər, maliyyə qaynaqları, məşğulluq və iş bölgüsü kimi bərabərsizliklərdən qaynaqlanır. Fiziki sağlamlıq və maliyyə təhlükəsizliyi də psixi sağlamlığa təsir edir. Yeni sorğunun nəticələrinə görə, idmanla müntəzəm məşğul olan işçilərin psixi sağlamlıq göstəriciləri daha yüksəkdir. Bununla yanaşı, hər 10 işçidən biri fiziki fəaliyyətlə məşğul olmur və bu, ildə təxminən üç əlavə iş günü itkisinə səbəb olur. Fiziki aktivliyin azlığı psixi sağlamlıqda 10 bal geriləməyə səbəb olur.

Ümumiyyətlə, uzun müddət oturaq həyat tərzi və fiziki fəaliyyətsizlik psixi sağlamlığın pisləşməsi ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, həftədə 2,5-5 saat orta intensivlikdə fiziki fəaliyyət və ya 1,3-2,5 saat daha intensiv məşqlər edilməlidir. Eyni zamanda, fövqəladə qabiliyyəti olmayan işçilərin narahatlıq və depressiyaya düşmə ehtimalı üç dəfə yüksəkdir. Bu qrupun psixi sağlamlıq göstəriciləri də əhəmiyyətli dərəcədə aşağıdır.

“TELUS Health”in vitse-prezidenti Paula Allen, işəgötürənlərin işçilərin fiziki və psixi sağlamlığını dəstəkləmək üçün əhəmiyyətli rol oynadığını vurğulayıb. Onun fikrincə, işəgötürənlər əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun sağlam iş mühiti yaratmalı, həmçinin təlim proqramları və sağlamlıq rəhbərliyi kimi təşəbbüslərlə işçilərinin rifahını yaxşılaşdırmalıdırlar. O, sağlam iş mühitinin uzunmüddətli faydalarını qeyd edərək, bu addımların şirkət mədəniyyətinə inteqrasiya edilməsinin vacibliyini diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Dekabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri