Avropada istehlakçılar xərcləri azaldır və ABŞ istehsalı olan mallardan imtina edirlər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) zonasında istehlakçılar ABŞ-ın tariflərini gözləyərək Amerika mallarından imtina edir və qeyri-zəruri xərcləri azaltmaqla xərcləmə vərdişlərini dəyişirlər.
AZƏRTAC xəbər verir ki, bu, Avropa Mərkəzi Bankının (ECB) bazar ertəsi dərc etdiyi araşdırmada təsdiqlənib.
“Tariflərlə bağlı narahatlıqlara cavab olaraq, istehlakçılar xərcləmə vərdişlərini nəzərəçarpacaq dərəcədə dəyişirlər”, -deyə ECB-nin iqtisadi bülletenində qeyd edilir.
ECB sorğuda iştirak edənlərin təxminən 26%-nin Amerika mallarından qaçdığını qeyd edib. Onların təqribən 16%-i isə ümumi xərcləri azaltdığını bildirib.
Araşdırmada bildirilir: “Yüksək gəlirli ev təsərrüfatlarının Amerika mallarından imtina ehtimalı daha çoxdur. Azgəlirli ev təsərrüfatlarının isə ümumi xərcləri azaltmaq ehtimalı daha yüksəkdir”. ECB maliyyə savadlılığının da bu qərarlara təsir etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















