Avropada külək enerjisi üzrə rekord il gözlənilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Brüssel, 1 sentyabr, AZƏRTAC
Avropa bu il yeni külək turbinlərinin quraşdırılması üzrə rekord göstəriciyə nail ola bilər.
AZƏRTAC xəbər verir ki, “WindEurope” təşkilatının yarımillik hesabatına əsasən, ilin ilk altı ayında Avropada külək enerjisi gücü 8,8 giqavat artıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Quraşdırılan turbinlərin istehsal etdiyi enerji təxminən 7 milyon Avropa ailəsinin elektrik tələbatını ödəyə bilər. Həmçinin bu gücün ildə 25 LNG tankerinə bərabər həcmdə fosil yanacaq idxalını əvəz edə biləcəyi bildirilir.
Almaniya ilin ilk yarısında artımın əsas hərəkətverici qüvvəsi olub. Ölkədə 3,4 giqavat, yəni Avropada quraşdırılan yeni gücün 40 faizi yaradılıb və 500-dən çox turbin istismara verilib. Belçikada isə külək enerjisi gücü daha 60 meqavat artıb.
“WindEurope” il ərzində Avropada əlavə 24 giqavat gücün yaradılacağını proqnozlaşdırır. Bununla belə, icazələrin alınması hələ də əsas maneə olaraq qalır. Təşkilat 2030-cu illərdə illik artımın 30 giqavata çatacağını gözləyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 01 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















