Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb.
Banco.az xəbər verir ki, startap ekosistemi üzrə məlumatlar təqdim edən tədqiqat qurumu “Dealroom” və NATO tərəfindən təsis edilmiş, mərkəzi Amsterdamda yerləşən texnologiya investisiya fondu “NATO Innovation Fund” tərəfindən yayımlanan hesabata əsasən, Avropada bu sahədə fəaliyyət göstərən startaplar 2025-ci ildə ümumilikdə 8,7 milyard dollar həcmində investisiya cəlb edib. Bu göstərici əvvəlki illə müqayisədə 55 faiz artım deməkdir.
İnvestisiyalardakı artımda xüsusilə iri həcmli maliyyələşmə razılaşmaları mühüm rol oynayıb. Bu tip investisiyaların ümumi məbləği 4,7 milyard dollara çataraq əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.
2025-ci ildə ən çox investisiya cəlb edən ölkə Böyük Britaniya olub. Almaniya isə ikinci yerdə qərarlaşıb və son illərdə sektordakı artım tendensiyasını qoruyub saxlayıb.
Almaniya və Niderlandda vençur kapitalı yatırımlarının mühüm hissəsi müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlərə yönəlib.
Mərkəzi və Şərqi Avropa isə investisiya sayındakı artım hesabına ən sürətlə böyüyən region kimi önə çıxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 10 Fevral 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















