Avropada Rusiya ilə əlaqəli iki neft zavodunda yanğın və partlayış olub
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropada Rusiya ilə əlaqəli iki neft emalı zavodunda yanğın və partlayış baş verib.
Hadisələr Macarıstan və Rumıniyada yerləşən neft emalı zavodlarında qeydə alınıb.
Macarıstanın "Magyar Nemzet” nəşrinin məlumatına görə, Şazxalombatta şəhərində yerləşən və ölkənin ən böyük neft emalı müəssisəsi olan MOL zavodunda güclü yanğın baş verib. Bu zavod həm də Rusiya mənşəli xam neftlə fəaliyyət göstərir. Yanğının səbəbi və iqtisadi itkilərin miqyası barədə hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
"Digi24" xəbər portalının məlumatına görə isə Rumıniyada "Lukoil”ə məxsus "Petrotel Lukoil” zavodunda təmir işləri zamanı partlayış olub. Partlayış zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















