Britaniya hərbçiləri Rusiya ilə əlaqəli neft tankerini saxlayıblar
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Britaniya hərbçiləri La-Manş boğazında Böyük Britaniya hakimiyyətinin Rusiyanın "kölgə donanması" ilə əlaqələndirdiyi "Smyrtos" neft tankerini saxlayıblar.
Ölkə.az xəbər verir ki, bu barədə Bfm.ru məlumat yayıb.
Məlumata görə, gəminin saxlanılması barədə əmri Böyük Britaniyanın Baş naziri Kir Starmer verib. O bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbə vurur", - deyə Starmer bildirib.
Qeyd olunur ki, tanker Fransa ilə koordinasiyalı şəkildə həyata keçirilən altı saatlıq əməliyyat nəticəsində dayandırılıb. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, araşdırma başa çatana qədər gəmi hakimiyyət orqanlarının nəzarəti altında qalacaq.
Tanker daha sonra İngiltərə sahillərində yerləşən lövbər dayanacağına aparılıb.
Bu hadisə Britaniya qüvvələrinin La-Manş boğazında gəmi saxlaması ilə bağlı ilk hal kimi qeydə alınıb. "Smyrtos" Kamerun bayrağı altında üzür. Gəminin heyəti barədə isə hələlik məlumat açıqlanmayıb.
Qərb ölkələrində Rusiyanın "kölgə donanması" dedikdə sanksiyalardan yan keçərək Rusiya mənşəli neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşıyan gəmilər nəzərdə tutulur.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 İyun 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















