Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Avropada sürətli sənaye transformasiyası “müharibə iqtisadiyyatı”na keçid

Avropada sürətli sənaye transformasiyası “müharibə iqtisadiyyatı”na keçid

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

“Mercedes”, “Volkswagen”, “BMW” tarixə qovuşur?

Hazırda dünyada sürətli sənaye transformasiyası izlənilir. Bu, dördüncü sənaye inqilabının çağırışları fonunda təbii proses kimi görünə bilər. İnnovasiyaların, yeni mühəndislik ideyalarının istehsalatda öz əksini tapması tam başadüşüləndir.

Ancaq məsələ burasındadır ki, qlobal sənaye transformasiyaları yalnız texnoloji inkişafdan qaynaqlanmır. Prosesdə geosiyasi və geoiqtisadi amillərin daha böyük rol oynadığı aydın görünür. Bəli, indiki neoimperializmin yeni konturları ortadadır. Belə ki, qlobal güc mərkəzləri hegemoniyalarını qorumaq, təsir imkanlarını genişləndirmək naminə yalnız klassik müharibələrdən istifadə etmirlər, həm də iqtisadi rıçaqlardan bəhrələnirlər. Hazırda bundan ən çox təsirlənən isə Avropanın, xüsusilə də Almaniyanın avtomobil sənayesidir.

Avtomobil zavodları bağlanır, işçilər ixtisara salınırlar

Gələn xəbərlər məyusedicidir. “Mercedes”, “Volkswagen”, “BMW”, “Opel”, “SAAB” kimi avtomobil nəhəngləri qeyri-adekvat rəqabətdə uduzurlar. Artıq “Mercedes”in mənfətinin 70 faizini itirdiyi bildirilir. “Volkswagen” avtomobillərinin istehsalı ilə bağlı vəziyyət də yaxşı deyil - istehsalçı şirkət 87 ildən sonra ilk dəfə Almaniyadakı zavodları dayandırır. Məyusedici cəhət ondan ibarətdir ki, əksər şirkətlərin itkilərinin dinamikası ildən-ilə artır. “Mercedes-Benz” 2025-ci ilin ilk yarısında xalis mənfəətinin 56 faiz itkisi ilə barışmaq məcburiyyətində qalıb. İkinci rübdə isə azalma tendensiyası 69 faizə çatıb.  Üçüncü rübdə isə əməliyyat mənfəətində itkilər  70 faiz təşkil edib. “BMW”də də oxşar vəziyyət izlənilir. Belə ki, qurumun xalis mənfəəti 2,7 milyard avrodan 1,8 milyard avroyadək azalıb.

Ötən il həmçinin “Volkswagen” üçün də uğursuz keçib.  Şirkət ilə ilk rübə mənfəətinin 40 faiz həcmində itkiləri ilə start verib və bu tendensiya sonrakı rüblərdə də davam edib. Ümumilikdə, məşhur Almaniya üçlüyünün mənfəəti 33-40,5 faiz aralığında azalıb. Digər avtomobil istehsalçısı olan “Stellantis” də yaxşı günlərini yaşamır. 2024-cü ildə şirkətin mənfəəti 70 faiz  azalmaqla 5,5 milyard avroya düşüb. Konsern 2025-ci ilin ilk yarısını  2,3 milyard avro zərərlə yekunlaşdırıb.

Sifarişlər də getdikcə azalır. Müəssisələrin yüklənməsi parametri üzrə müəyyənləşdirilən norma 75 faiz olsa da, bu göstərici 45 faizədək aşağı enib. Belə kədərli mənzərə fonunda  “Volkswagen” 35 min işçini ixtisar etməyi planlaşdırır. “Audi2” elektrikli “Q8 e-tron”un istehsal edildiyi Brüssel zavodunu dayandırıb, 7,5 min iş yeri ixtisar edilib.  Finlandiyanın “Mercedes-Benz”, “SAAB” və “Opel” yığan “Valmet Automotive” şirkəti isə yarım əsrdən sonra 2024-cü ilin dekabrında istehsalı tam dayandırıb. “AlixPartners” konsaltinq şirkəti Avropada daha 8 avtomobil zavodunun bağlanacağını proqnozlaşdırır.

Çin avtomobilləri Avropa bazarını fəth edir

Qeyd olunan avtomobil markaları yaxın keçmişədək dünyada Avropanın ən məşhur brendləri sayılırdı. Bəs istehsalda və satışda geriləmə nə ilə bağlıdır? Burada ən mühüm amillərdən biri qismində Çin avtomobillərinin Avropa bazarlarını çox sürətlə fəth etməsini göstərmək mümkündür. Xüsusilə də Çin avtomobillərinin müasir dizaynı və qiymətlərinin aşağı olması Avropada onların cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.

Beləliklə, Çin avtomobil istehsalçıları Avropa avtomobil bazarında mövqelərini sürətlə gücləndirirlər. Cari ilin mart ayında Çindən idxal olunan qoşulan hibrid avtomobillərin satışları illik müqayisədə 300 faizdən çox artaraq rekord həddə çatıb. Nəticədə, bu avtomobillər Avropada hibrid avtomobil bazarının təxminən 20 faizini təşkil edib. İllər üzrə müqayisələr artım dinamikasının kifayət qədər yüksək olduğunu təsdiqləyir. 2024-cü ilin əvvəlində Çin istehsalı olan hibrid avtomobillərin Avropa İttifaqı bazarındakı payı cəmi 2 faiz səviyyəsində olub. Son iki ildə isə bu göstərici üç dəfə artımla 9,4 faizə yüksəlib. Cari ilin mart ayında Avropada Çin avtomobillərinin ümumi satışı illik müqayisədə təxminən 100 faiz artaraq 140 min 094 ədədə çatıb ki, bu da rekord göstəricidir. Mütəxəssislərin qənaətinə görə. Çin istehsalçıları texnologiya və təchizat baxımından çox sürətlə Avropa avtomobil brendlərinə yaxınlaşır, daha ucuz qiymətlər isə rəqabətdə onlara böyük üstünlüklər qazandırır. Çin avtomobillərinin cəlbediciliyi həm də onların yanacaq sərfiyyatındakı fərqlə bağlıdır. Qlobal enerji bazarında yaşanan gərginlik, dizel  və benzinin qiymətlərinin daha da artması fonunda Çin avtomobillərinin hibrid mexanizmlərlə çalışması eyni məsafə qət olunmasına sərf edilən yanacaq xərclərini minimuma endirir ki, bu da onların böyük üstünlüyüdür.

Bu arada Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şura (ICCT) “Qlobal Avtomobil İstehsalçılarının Reytinq 2024-2025” hesabatını açıqlayıb.

Hesabatda Çin avtomobil istehsalçılarının ötən il sıfır emissiyalı avtomobil (ZEV) bazarında ciddi üstünlük əldə etdikləri vurğulanıb. 2024-cü il isə Avropanın elektrikli avtomobil istehsalçıları üçün “itirilmiş il” kimi dəyərləndirilib. Bildirilib ki, Çin hər il 11 milyondan çox elektrikli avtomobil satır və bu göstərici qlobal satışların yarısından çoxunu təşkil edir.

Daha bir zərbə ABŞ-ın tarif siyasətindən gəlib

Bu gün Avropanın avtomobil sənayesinin güc mərkəzlərinin hibrid müharibələrindən təsirləndiyi də ortadadır. Daha konkret desək, “Mercedes”, “Volsvagen”, “BMW” kimi klassik avtomobil istehsalçılarına daha bir ağır zərbə Amerika Birləşmiş Ştatlarının (ABŞ) tarif siyasətindən gəlib. “Financial Times” qəzetinin yaydığı məlumata əsasən ABŞ-ın Avropa İttifaqından avtomobil idxalına artırılmış rüsumlar tətbiq etməsindən sonra Avropa avtomobil sənayesinin zərəri 8 milyard avronu ötüb. Bu səbəbdən ötən ilin və cari ilin ilk 3 ayının yekunlarına görə ən böyük itkilərə məruz qalan şirkətlər arasında “liderlik” 3,6 milyard avro zərərlə “Volkswagen” konserninə məxsusdur. Tarif siyasəti “BMW”-yə təxminən 2,1 milyard avro, “Mercedes-Benz”ə 1,3 milyard avro ziyan vurub. “Stellantis”in izafi xərcləri isə təqribən 1,2 milyard avro təşkil edib.

Eyni zamanda, analitiklər bədbin proqnozlar verirlər. Onlar hesab edirlər ki, rüsumların yenidən 25 faizə qədər artırılması nəticəsində Almaniyanın “Volkswagen”, “BMW” və “Mercedes-Benz” avtokonsernləri artıq 2026-cı ildə əlavə olaraq təxminən 2,6 milyard avro itirə bilərlər. Hazırda Avropa avtomobil sənayesi Vaşinqton və Brüssel arasında ticarət qarşıdurmasının ehtimal olunan yeni mərhələsinə hazırlaşır.

Xatırladaq ki, ABŞ 2025-ci ilin aprelində Avropa avtomobillərinə rüsumları 2,5 faizdən 27,5 faizə qaldırıb. Həmin ilin avqustunda ABŞ və Aİ arasında ticarət sazişi bağlandıqdan sonra dərəcə 15 faizə endirilib. Lakin 2026-cı il mayın 1-də ABŞ Prezidenti Donald Tramp yeni qərarını avropalı tərəfdaşların öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edərək Aİ-dən idxal olunan minik və yük avtomobilləri üçün rüsumların 25 faizə qədər artırıldığını elan edib.

Almaniya Kansleri Fridrix Merts rüsumların artırılmasının Avropa iqtisadiyyatı və avtomobil sənayesi üçün ciddi zərbə olacağını bildirib. O qeyd edib ki, ABŞ Aİ ilə yeni ticarət sazişinə hazırdır, ancaq Avropa ölkələri hələ ki, vahid mövqe formalaşdıra bilməyib. Merts bildirib 2026-cı ilin yayında G7 və NATO sammitlərində bu məsələnin Trampla müzakirə ediləcəyi gözlənilir.

Tarix təkrarlanırmı?

İzlənilən geosiyasi reallıqlar fonunda Avropa özünün yeni müdafiə konsepsiyasına keçid edir. Əvvəllər Avropa İttifaqı ölkələri böyük dərəcədə ABŞ-ın müdafiə çətiri altında idilər. Ağ Evdə son administrasiya dəyişikliyindən sonra ənənəvi mexanizm pozulub. İndi o reallıq yaranıb ki, bundan sonra Avropa öz təhlükəsizliyini özü təmin etməli, bu məqsədlə daha çox vəsait xərcləməlidir və digər zəruri tədbirlər görməlidir.

Artıq ölkələr səviyyəsində  bu istiqamətdə işlərə start verilib. Məsələn, Fransa müdafiə gücünü əsaslı şəkildə artırmaq  iddialarından çıxış edir.  Bu ölkə 2030-cu ilə qədər pilotsuz uçuş aparatları, aviasiya bombaları və raketlərin istehsalını ciddi şəkildə artırmağı planlaşdırır. Hətta Fransa kamikadze dronlarının ehtiyatını 400 faiz artırmağın zəruriliyini bəyan edib. Həmçinin Fransa NATO məqsədlərinə yaxınlaşmaq və Avropadakı hərbi üstünlüyünü qorumaq strategiyasının tərkib hissəsi kimi, 2030-cu ilədək müdafiə büdcəsini artırmağı hədəfləyir.

Son vaxtlarda isə Almaniya müdafiə sənayesini genişləndirməyə davamlı təşəbbüslər göstərir. Almaniyanın dünyaca məşhur avtomobil istehsalı şirkətləri isə hökumətin müdafiə iqtisadiyyatına keçid planını özləri üçün fürsət kimi dəyərləndirirlər. “Mercedes”, “BMW”, “MAN”, “Volkswagen” kimi avtomobillərə tələbatın azalmasının yaratdığı böhran vəziyyətini silah istehsalı sifarişləri ilə aradan qaldırmaq mümkün olacaq. İndiki şəraitdə silahlara tələbatın artması və onların kifayət qədər baha satılması istehsalçılar üçün təyinat dəyişikliyini cəlbedici edir. Həm də onlar müəssisələrdə istehsal təyinatının dəyişməsi üçün zəruri olan vəsaitlərin müəyyən hissəsinin hökumət tərəfindən qarşılanacağına əmindirlər. 

Detallara gəldikdə isə,  Almaniya hökuməti ölkə iqtisadiyyatını müharibə vəziyyətinə keçirməyə, “Mercedes-Benz”, “BMW”, “MAN” və “Volkswagen” zavodlarını xüsusən də Ukrayna üçün silah istehsalına yönəltməyə hazırlaşır. “The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, Almaniya ixrac modelindəki böhran fonunda avtomobil istehsalından silah sənayesinə keçidi sürətləndirir. Bununla da Almaniya şirkətləri həm iqtisadi tənəzzülü kompensasiya etməyi, həm də yeni gəlir mənbələri yaratmağı hədəfləyirlər. Məsələn, “Volkswagen” “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etməyi planlaşdırır, avtomobil hissələri istehsalçısı “Schaeffler” isə dronlar üçün mühərriklər, zirehli maşınlar üçün bort sistemləri və hərbi təyyarələr üçün komponentlər istehsalına başlayıb. Bir sıra şirkətlər də Ukraynanı silah və sursat istehsalı üçün üçüncü növbə əlavə ediblər. Patriot tutucularının da tezliklə Almaniyanın avtomobil müəssisələrində istehsal olunacağı bildirilir.

Xatırladaq ki, İkinci Dünya müharibəsi ərəfəsində də Almaniyada “müharibə iqtisadiyyatı”na keçid edilmişdi. Belə çıxır ki, tarix yenidən təkrarlanır. Allah dünyanı yeni dünya müharibəsindən qorusun!

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri