Icma.az
close
up
RU
Avropada daha böyük müharibə təhlükəsi var

Avropada daha böyük müharibə təhlükəsi var

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ukraynada müharibə başa çatdıqdan 2-4 il sonra Rusiya texniki cəhətdən Avropaya qarşı təcavüzə hazır olacaq.
Reyting.az
xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko “Ukrinform”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna sadəcə, özü üçün mübarizə aparan ölkə deyil, həm də Avropanın qalxanıdır.
O. İvaşenko əlavə edib ki, Ukrayna Rusiyanın işğalını dayandırsa da, digər ölkələr müharibəyə hazırlaşmalıdır: “Çünki Rusiya təkcə Ukraynaya tam nəzarət etmək və postsovet ölkələrinə təsir göstərmək istəmir, həm də digər Avropa ölkələrinə hücum planlaşdırır. Polşa, Baltikyanı ölkələr, Şimali Avropa risk altındadır. Bizim analitiklərimiz artıq Rusiyanın başqa ölkələrə hücuma cəsarət edib-etməyəcəyini soruşmurlar. İndi suallar fərqlidir: nə vaxt və haradan?”.
İvaşenko hesab edir ki, Rusiya 2-4 ildən sonra Avropaya qarşı aqressiyaya hazırlaşacaq və sanksiyalar aradan qaldırılsa, bu, daha da sürətlə gedəcək.
“Avropalı həmkarlarımızla bölüşdüyümüz proqnozlarımıza görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyaya döyüş qabiliyyətini bərpa etmək üçün 2-4 ilə qədər vaxt lazım olacaq. Əgər sanksiyalar aradan qaldırılarsa, yenidən silahlanma prosesi sürətlə gedəcək”, - o deyib.

Kəşfiyyatçı qeyd edib ki, indi Rusiya “müttəfiqləri parçalamaq, Ukraynaya dəstəyi azaltmaq və Macarıstan vasitəsilə qərarlara təsir etmək” üçün hibrid oyun oynayır. İvaşenkonun sözlərinə görə, ordu bazalarının genişləndirilməsi Rusiya Federasiyasının NATO ölkələrinə qarşı hücuma hazırlaşdığını göstərir.
“Rusiya hazırlaşır. Onlar yeni Leninqrad Hərbi Dairəsi yaradırlar - və bu, müdafiə ilə deyil, hücumla bağlıdır. Əməliyyat istiqaməti - Kola yarımadası, Finlandiya olacaq. Bu istiqamətdə biz yeni hərbi hissələrin tikintisini görürük. Yollara gəlincə, bu, həm dinc, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən infrastrukturun genişləndirilməsidir”, - o izah edib.
İvaşenkonun fikrincə, itkilər verməsinə baxmayaraq, Rusiya müharibəni dayandırmağı planlaşdırmır: “Ordunun əli ilə Sovet İttifaqını bərpa edirlər. Yeni diviziyalar yaradırlar. Daha dəqiqi, 13 diviziya. Bəli, onların problemləri var - kifayət qədər adamları, texnikaları yoxdur. Amma hər gün - 1000-1200 yeni müqaviləli əsgər cəlb olunur. Bu, daha böyük sülh naminə səfərbərlik deyil, daha böyük bir döyüş üçün hazırlıqdır”.
Bundan əvvəl “The New York Times” qəzetinin jurnalistləri Rusiyanın Finlandiya ilə sərhəddə mövcudluğunu artırdığını qeyd ediblər. Moskva orada döyüşçülər üçün çadırlar, sığınacaqlar, anbarlar qurur. Rusiyanın fəaliyyəti Ukraynada müharibənin başa çatacağı təqdirdə əhəmiyyətli qüvvələrin yenidən yerləşdirilməsi hazırlığına bənzəyir. Finlandiya rəsmiləri hesab edirlər ki, Rusiyanın hərbi mövcudluğunu təhdid səviyyəsinə çatdırmağa onların təxminən beş ili var.
Həmçinin, alman tarixçisi, Potsdam Universitetinin professoru Sönke Neitzel bu yayın Avropada sonuncu dinc yay olacağı ilə bağlı narahatedici proqnoz verib. O, narahatlığını Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Donald Trampın siyasəti səbəbindən “dünyada təhlükəsizlik vəziyyətinin dəyişdiyini” söyləməklə izah edib.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 May 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri