Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək".
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol "Associated Press" (AP) agentliyinə müsahibəsində deyib.
F.Birolun fikrincə, İrandakı müharibə və Hörmüz boğazının blokadası nəticəsində pozulmuş tədarüklər yaxın vaxtlarda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlayacaqlar.
BEA rəhbəri bəyan edib ki, dünya indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranını yaşayır. F.Birol hesab edir ki, aviasiya yanacağı ilə bağlı problemlərdən başqa, İran ətrafındakı hadisələr benzin və elektrik enerjisinin qiymətlərinin daha da yüksəlməsinə səbəb olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 16 Aprel 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















