Icma.az
close
up
RU
​YANACAQ BÖHRANI MOSKVANI DA VURDU Tıxaclar, növbələr, bahalaşma...

​YANACAQ BÖHRANI MOSKVANI DA VURDU Tıxaclar, növbələr, bahalaşma...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın demək olar bütün regionları yanacaq çatışmazlığından ciddi əziyyət çəksə də, son günlərə qədər Kreml paytaxt Moskvanın yanacaq təminatını lazımi səviyyədə saxlamağa çalışırdı. Lakin yanacaq kollapsı artıq dünəndən Moskvaya da çatıb.

“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyi Moskvadakı iri YDM-lərdə növbələr yarandığı barədə məlumat yayıb. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrin yaratdığı yanacaq böhranı, Rusiyanın və Avropanın ən böyük şəhərlərindən biri və 13,3 milyon (Moskva vilayəti də daxil olmaqla təxminən 19 milyon) əhalisi olan Moskvanın gündəlik həyatına getdikcə daha çox təsir göstərir. Ötən həftənin əvvəlindən başlayaraq, "Qazprom Neft", "Lukoil" və "Teboil" də daxil olmaqla bir neçə böyük yanacaqdoldurma məntəqəsi şəbəkəsi hər maşına benzin və dizel yanacağının satışına məhdudiyyətlər qoyub. Bundan sonra paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələrində, eləcə də digər bölgələrdə növbələr yaranmağa başlayıb. Həftəsonuna doğru növbələr artıb və böyüyüb.

Şəhər sakinləri “Reuters”-ə bildirirlər ki, bəzi məntəqələrdə benzin tamamilə satılmır, digərlərində sürücülər iki saata qədər növbə gözləməli olurlar. Eyni zamanda, qiymətlər durmadan bahalaşır.

"Vəziyyət pisdir. Hər yerdə növbələr var. Bəzi yerlərdə ümumiyyətlə benzin yoxdur - yanacağı tamamilə tükənmiş üç yanacaqdoldurma məntəqəsinin yanından keçə bilərsiniz. Sonra növbədə dayanırsınız - şansınızdan asılı olaraq növbə bir saat, iki saat və ya 30 dəqiqə çəkə bilər", - Moskva sakinlərindən biri “Reuters”-ə bildirib. 

O qeyd edib ki, şəhərdə yanacaqla bağlı vəziyyət "dəhşətli" olduğundan ictimai nəqliyyatdan istifadə etməyə çalışır.

Bu arada “Mash” kanalı xəbər verir ki, Moskvada tıxaclar son iki həftədə 15-20% artıb, çünki sürücülər "getdikcə təkcə tıxaclarda yox, həm də yanacaqdoldurma məntəqəsinə növbədə dayanırlar". Kanalın məlumatına görə, nəticədə, bəzi yerlərdə hətta gecələr belə lokal tıxaclar yaranır.

“Mash”-ın məlumatına görə, nəqliyyatın hərəkəti ən çox Üçüncü Dairəvi Yolda (TTR), Moskva Dairəvi Yolunun (MKAD) cənub və şimal-şərq hissələrində, eləcə də Leninqradskoye, Dmitrovskoye, Volqoqradskoye Şosselərində və Kutuzovski Prospektində pisləşib. Vilayətdə yanacaqdoldurma məntəqələrindəki növbələr səbəbindən tıxaclar ən çox Novorijskoye, Dmitrovskoye, Volqoqradskoye və Şelkovskoye şosselərində baş verir. Sürücülərin bir qismi yanacaq doldurmaq üçün növbədə dayanır, digərləri isə boş yanacaqdoldurma məntəqəsi axtarmaq üçün şəhəri dolaşırlar. Nəticədə, paytaxtda səhər və axşam tıxaclar ardıcıl olaraq 8-10 bala, gündüz isə 6 bala çatır.

Xatırladaq ki, iyunun ortalarında Moskvanı yanacaqla təmin edən əsas böyük zavod - "Qazpromneft"in Kapotnya Neft Emalı Zavoduna (MOR) iki dəfə Ukrayna dronları hücum edib və nəticədə böyük yanğınlar baş verib. Bu, zavodun tamamilə bağlanmasına səbəb olub və mənbələr onun 2027-ci ilə qədər yenidən açıla bilməyəcəyini bildirirlər. Son aylarda Moskvanı boru kəmərləri vasitəsilə yanacaqla təchiz edən Yaroslavl, Ryazan və Kstovodakı digər neft emalı zavodları da dron hücumlarına məruz qalıb.

Beləliklə, 4 ildən artıqdır davam edən mühariubəni öz üzərlərində az hiss edən moskvalılar da bu savaşın gətirdiyi məhrumiyyətlərlə üz-üzə qalmaq məcburiyyətindədirlər. Bu məhrumiyyətlərin yaratdığı narazılıqlar, etirazlar Kremli müharibəni bitirmək üçün hərəkətə keçməyə məcbur edəcəkmi? Bu sualın cavabı hələlik açıq qalır…

C.Məmmədli

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 İyul 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri