Icma.az
close
up
RU
Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu keçirildi Fotolar

Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Almaniyanın Köln şəhərində “Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda keçirilən forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və Almaniya Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin I Forumunun Təşkilat Komitəsinin sədri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin rəhbəri Altay Rüstəmli giriş nitqi ilə çıxış edib. O, forumun mühəndislərin vəhdət halında fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm bir platforma olduğunu qeyd edib, dövlətin diaspora qayğısından danışıb:

“Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müasir çağırışlara uyğun müəyyən etdiyi diaspor siyasəti  soydaşlarımızın fəaliyyətini, o cümlədən mədəni və elmi diplomatiyanı stimullaşdırır. Forumla bağlı bildirmək istəyirəm ki, Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu onların intellektual potensialından səmərəli istifadə olunmasına, yeni ideyaların formalaşmasına və ortaq təşəbbüslərə şərait yaradır. Komitə olaraq biz də xaricdə yaşayan soydaşlarımızı dəstəkləməyə, onların inkişafı üçün real imkanlar yaratmağa davam edirik”.

Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Samir Rzayev, Azərbaycanın Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov çıxış edərək forumun işini yüksək qiymətləndiriblər.

Forum iştirakçılarına komitənin layihələri, xüsusilə ixtisaslaşmış formların məqsəd və əhəmiyyəti barədə geniş videomaterial nümayiş olunub.

Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt vasitəsi ilə insan duyğularını oxumaq, insanabənzər robot texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir sıra digər istiqamətlər üzrə təqdimatlar olub.

Forumun Təşkilat Komitəsinin sədri, Korea Universitetinin xüsusi təyin olunmuş professoru Elxan Riçard Sadıqzadə, “Women in Engineering” təşkilatının sədri Sonabəyim Hüseynzadə, Berlin Ali Tibb Məktəbi və Berlin Ali Biznes Məktəbinin mühəndisi Rauf Abdullayev,  eləcə də Avropanın bir sıra tanınmış azərbaycanlı mühəndisləri, alim və mütəxəssislər çıxış edərək mühəndislik sahəsində beynəlxalq əməkdaşlığın, innovativ təşəbbüslərin və elmi-texnoloji mübadilənin əhəmiyyətindən danışıb, şəxsi təcrübələrini bölüşüb, forumun diasporun elmi və intellektual potensialının inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Soydaşlarımız həmçinin göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Forumda iştirak edən Almaniyanın Keramika Texnologiyaları və Sistemləri İnstitutunun professoru Konstanse Çöpe belə tədbirlər sayəsində Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini söyləyib.

Avropanın 16 ölkəsindən, Almaniyanın 45 şəhərindən ümumilikdə 200-ə yaxın soydaşımızın və xarici qonaqların qatıldığı foruma “Muğam" Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri Səbinə Məmmədova moderatorluq edib.                                  

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin, mühəndislərin, gənclərin və tələbələrin beynəlxalq forumlarını sistemli şəkildə təşkil edir və bu təşəbbüs həm diasporun, həm də Azərbaycan ictimaiyyətinin böyük rəğbətini qazanıb.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri