Icma.az
close
up
RU
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 iyun, AZƏRTAC

Almaniyanın Hamburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu” keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusunda təşkil olunub.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mühəndislər, memarlar, şəhərsalma üzrə mütəxəssislər, elm və biznes nümayəndələri iştirak ediblər. Forumun əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, eləcə də xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Açılış mərasimi Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmli bu günə kimi keçirilən forumların nəticələri barədə məlumat verib, perspektivə dair fikirlərini səsləndirib. Almaniyanın Rur Universitetinin dosenti, professor Elxan Sadıqzadə Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin forumlarının əsas nəticələri haqqında qısa məruzə ilə çıxış edib.

“Xaricdə fəaliyyət göstərən və eyni sahəni təmsil edən mütəxəssislərin forumlarının təşkili artıq ənənəyə çevrilib. Əldə olunan uğurlar göstərir ki, belə forumlar bilik və təcrübə mübadiləsi üçün unikal və daha dayanıqlı imkanlar yaradır”, - bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı bildirib.

Sədr, həmçinin komitənin strateji layihələri barədə geniş məlumat verib, dünya azərbaycanlılarının fəaliyyətinin daim Azərbaycan dövlətinin, o cümlədən, Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında forumların yalnız müzakirə platforması deyil, həm də intellektual kəşflərin və yaradıcı ilhamın formalaşdığı dinamik bir mühit olduğunu qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Ruhlan Nəbiyev forumun uğurlu perspektiv vəd etdiyinə əminlik ifadə edib, azərbaycanlı və xarici mühəndislər arasında əməkdaşlığın dərinləşməsi üçün təkliflərini səsləndiriblər.

Avropanın 11 ölkəsindən, Almaniyanın 40-dan çox şəhərindən yüzlərlə mütəxəssisin qatıldığı forumda mühəndislik elminin inkişaf tarixini, eləcə də bundan əvvəlki forumların nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə geniş məlumat verilib. Mühəndislər rəqəmsal transformasiya, dayanıqlı şəhər inkişafı, süni intellektin şəhər idarəçiliyində tətbiqi, enerji səmərəliliyi, ağıllı nəqliyyat sistemləri və ekoloji həllər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətlərdə qısamüddətli və uzunmüddətli planları barədə danışıblar.

Forumda Almaniyanın Ruhr Universitetinin dosenti, adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil olan Elxan Riçard Sadıq-Zadəyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən forum müxtəlif panel müzakirələri, təqdimatlar və şəbəkələşmə görüşləri ilə davam edib. Panel müzakirələri “Smart City və şəhərsalmada Avropa təcrübəsi”, “Gələcəyin şəhərləri, inşaat, rəqəmsallaşma və dayanıqlılıq” mövzularında olub.

Qonaqlar forumun keçirildiyi məkanda təşkil olunan Azərbaycandakı alman abidələrinin şəkillərindən ibarət sərgiyə böyük maraq göstəriblər.

Forum çərçivəsində Almaniyanın Brandenburq Texnologiya Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında gələcək elmi araşdırmalar və tədqiqatlar sahəsində Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, 22 iyun 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Almaniyanın Berlin şəhərində baş tutan “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”, eləcə də 1 noyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Almaniyanın Köln şəhərində keçirilən “Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” bu layihənin davamlılığında və təməl prinsiplərinin müəyyən olunmasında əvəzsiz rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri