Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropada avtomagistral və ekspress yollarda tətbiq olunan sürət limitlərinin dəyişdirilməsi ilə bağlı diqqətçəkən təklif irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, Avstriya NATO Genişlənmə Komitəsinin sədri Günther Fehlinger-Jahn Avropa İttifaqı (Aİ) üzrə avtomagistral və ekspress yollarda maksimal sürət həddinin saatda 100 kilometr müəyyən edilməsini təklif edib.
Təklifin əsas səbəbləri arasında yol hərəkəti təhlükəsizliyinin artırılması, ölüm və ağır xəsarətlə nəticələnən qəzaların sayının azaldılması, yanacaq sərfiyyatının aşağı salınması və Avropa ölkələrinin neft idxalından asılılığının azaldılması göstərilir.
Fehlinger-Jahn hesab edir ki, avtomobillərin daha aşağı sürətlə hərəkət etməsi həm qəza risklərinin, həm də yanacaq sərfiyyatının azalmasına səbəb ola bilər.
Lakin 100 km/saat sürət limiti ilə bağlı hazırda Aİ qurumlarının qarşısında hər hansı qanun layihəsi və ya direktiv layihəsi yoxdur. Mövcud qaydalara əsasən, avtomobil yollarında sürət həddinin müəyyənləşdirilməsi səlahiyyəti əsasən üzv ölkələrin özündədir.
Bu səbəbdən Aİ ölkələrində avtomagistrallarda tətbiq olunan maksimal sürət hədləri bir-birindən fərqlənir. Ölkələrin böyük hissəsində bu göstərici saatda 110-130 kilometr arasında dəyişir.
Aİ üzrə vahid sürət limitinin tətbiq edilməsi üçün əvvəlcə Avropa Komissiyası tərəfindən rəsmi təklif hazırlanmalı, daha sonra sənəd Avropa Parlamenti və Aİ Şurasında müzakirə edilərək qəbul edilməlidir. Qəbul ediləcəyi təqdirdə isə müvafiq qaydaların üzv ölkələrin qanunvericiliyinə uyğunlaşdırılması tələb olunacaq.
Qeyd edək ki, Avropa Komissiyasının yanaşmasına əsasən sürət hədlərinin müəyyənləşdirilməsi zamanı yolun xüsusiyyətləri, nəqliyyatın intensivliyi və ətraf mühit amilləri də nəzərə alınmalıdır. Bu baxımdan, Aİ üzrə 100 km/saatlıq vahid sürət limiti hələlik yalnız təklif olaraq gündəmdədir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















