Icma.az
close
up
RU
Avropada siyasi balans dəyişə bilər

Avropada siyasi balans dəyişə bilər

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İspaniyada keçiriləcək növbədənkənar parlament seçkilərinin Avropa İttifaqında mərkəz-sol qüvvələrin mövqeyinə təsir edəcəyi düşünülür. Ölkədə keçirilən son rəy sorğuları siyasi mənzərədə sağ blokun üstünlüyünün artdığını göstərir. Ən son “40dB” sorğusunda İspaniya Xalq Partiyası (PP) 31,6 faizlə birinci, Sosialist Fəhlə Partiyası (PSOE) 27,4 faizlə ikinci, Vox isə 18,4 faizlə üçüncü yerdə qərarlaşıb. Digər sorğularda da oxşar tendensiya müşahidə olunur. Belə ki, PP-nin dəstəyi təxminən 31–34 faiz, PSOE-nin göstəricisi 25–27 faiz, Vox-un reytinqi isə 18–19 faiz arasında dəyişir. Göstəricilər PP ilə Vox-un birlikdə 50 faizdən çox səs toplaya biləcəyi ehtimalını gündəmə gətirir. Bəzi mandat proqnozlarında isə iki partiyanın parlamentdə mütləq çoxluğu əldə edəcəyi iddia olunur. 

İspaniyanın Aİ-nin aparıcı dövlətlərindən biri olması sözügedən seçkiləri Brüssel üçün əhəmiyyətli hadisəyə çevirir. Nəzərə alınmalıdır ki, Sançez hazırda böyük Aİ ölkəsinə rəhbərlik edən yeganə sosialist liderdir. Bu amil onun siyasi çəkisini İspaniyanın sərhədlərindən kənara çıxarır. İspaniya nümayəndə heyəti isə Avropa Parlamentində Sosialistlər və Demokratlar (S&D) qrupunun ən böyük nümayəndələri hesab olunurlar. Bu iki amil Madridlə Brüssel arasında mühüm siyasi bağ yaradır. Sançez Avropa Şurasında hər hansı razılaşmaya imza atanda onun mövqeyi Avropa Parlamentindəki ispan sosialist deputatlar tərəfindən də müdafiə olunur. Deməli, milli hökumətin mövqeyi parlament səviyyəsində də siyasi dəstək qazanır. Sançezin hakimiyyətdən getməsi isə həmin mexanizmi zəiflədə bilər.

Sözügedən ssenari reallaşdığı təqdirdə əsas dəyişiklik elə Avropa Şurasının özündə müşahidə olunacaq. Çünki ölkədə hakimiyyətin Avropa Xalq Partiyasına (EPP) keçməsi Avropa Şurasında mərkəz-sağın çəkisini artıra, sosialistlərin siyasi dayaqlarını zəiflədə bilər. Amma S&D-nin problemi sadəcə Sançesin itirilməsi ilə yekunlaşmır. Sosialistlərin Avropa İttifaqı ölkələrinin hökumətlərindəki təmsilçiliyi son illərdə azalıb. İspaniya bu mənzərədə S&D üçün xüsusi əhəmiyyət daşıyırdı. Madridin siyasi istiqamətini dəyişməsi sosial-demokratların böyük dövlətlər səviyyəsində təsir imkanlarını daha da məhdudlaşdırar. Vəziyyət Avropa Parlamentindəki münasibətlərə də təsir göstərəcək. Xatırlatmaq yerinə düşər ki, 2024-cü il Avropa Parlamenti seçkilərindən sonra siyasi mənzərə sağa doğru dəyişib. EPP bəzi məsələlər üzrə sağdakı siyasi qüvvələrin dəstəyindən istifadə edib ki, bu da S&D daxilində narazılığı artırıb.

Sosialist deputatlara gəldikdə, onlar üçün əsas problem EPP-nin siyasi sərhədlərinin dəyişməsidir. EPP sağdakı qüvvələrlə əməkdaşlığı genişləndirdikcə S&D-nin kompromis imkanları azalır. Sosialistlər belə vəziyyətdə öz siyasi mövqelərini daha sərt şəkildə ifadə etməyə çalışırlar. Sançesin mümkün məğlubiyyəti sözügedən tendensiyanı daha da dərinləşdirmək riski daşıyır. Çünki S&D-nin Avropa Şurasında sosialist hökumətlər vasitəsilə əldə etdiyi siyasi dayaqlar azalacaq. Belə olan halda, Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyası da müəyyən təsirlərə məruz qala bilər. 

Yeri gəlmişkən, Fon der Lyayenin siyasi dayaqlarından biri EPP, S&D və liberallar arasında qurulan əməkdaşlıqdır. Həmin əməkdaşlıq Avropa Parlamentində qanunvericilik təşəbbüslərinin qəbuluna imkan verir. S&D daha sərt mövqeyə keçərsə, Komissiyanın parlamentdə lazımi dəstəyi toplaması çətinləşəcək. Bundan başqa, sosialistlərin fon der Lyayenlə münasibətləri də artıq əvvəlki qədər rahat deyil. S&D son iki ildə bir neçə dəfə Komissiya sədrinə dəstəyini geri çəkmək ehtimalını gündəmə gətirib. Qrup daxilində fon der Lyayendən sosial-demokratların prioritetlərinə daha çox diqqət ayrılması tələb olunur. Ona görə də, Sançesin hakimiyyətdən getməsi sosialistlərə əlavə siyasi manevr imkanı verə bilər. Hakimiyyətdə olan sosialist hökumət Avropa institutlarının sabitliyində birbaşa maraqlıdır. Müxalifətdə qalan sosialist qrupunun bu məsuliyyəti daha az hiss etməsi mümkündür. Yəni, S&D-nin Komissiyaya qarşı daha sərt mövqe tutacağı ssenarisi real görünür.

Lakin bununla yenə də fon der Lyayenin siyasi gələcəyi təhlükə altına düşmür. Komissiya sədrinin dəyişdirilməsi S&D üçün də risk yaradır. Avropa Parlamentinin hazırkı siyasi tərkibi daha çox sağa meyillidir. Yeni Komissiya rəhbərinin sosialistlərlə daha sıx əməkdaşlıq edəcəyinə zəmanət yoxdur. Bu səbəbdən S&D üçün daha real strategiya Komissiyanın siyasətinə təsir göstərməkdir. İspaniya Xalq Partiyasının (PP) Vox-la mümkün əməkdaşlığı isə bu münasibətləri daha da mürəkkəbləşdirəcək. PP parlament çoxluğunu təmin etmək üçün Vox-un dəstəyinə ehtiyac duysa, İspaniyada sağ və ifrat sağ arasında əməkdaşlıq məsələsi Avropa səviyyəsinə daşınacaq. Bu, EPP üçün də siyasi problem yaradacaq. Çünki EPP artıq Avropa Parlamentində sağ qüvvələrlə əməkdaşlıq edir. Madrid nümunəsi həmin əməkdaşlığın sərhədləri barədə müzakirəni daha da genişləndirə bilər.

Nəzrin ELDARQIZI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri