Icma.az
close
up
RU
Avropadan Rusiya neftinə yeni zərbə Qiymət tavanı dondurulur

Avropadan Rusiya neftinə yeni zərbə Qiymət tavanı dondurulur

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki gərginlik fonunda qlobal neft qiymətlərinin artmasını nəzərə alaraq, Rusiya neftinə tətbiq edilən mövcud qiymət tavanını artırmamaq və indiki səviyyədə dondurmaq variantını nəzərdən keçirir.

"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özünün mötəbər mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, regiondakı müharibə və Hörmüz boğazından daşımalarda yaranan fasilələr qlobal neft bazarlarında qiymətlərin kəskin yüksəlməsinə səbəb olub. Mövcud qaydalara əsasən, Rusiya neftinin ("Urals") qiymət tavanı avtomatik mexanizmlə hər altı aydan bir bazar qiymətindən 15% aşağı səviyyədə yenidən hesablanmalıdır. Hazırda bu rəqəm bir barrel üçün 44,10 dollar təşkil edir.

Əgər yayda planlaşdırılan növbəti avtomatik yenidənqurma baş tutarsa, qlobal bahalaşma fonunda Rusiya neftinin qiymət tavanı 65 dollara qədər yüksələ bilər. Bu isə "Böyük Yeddilik" (G7) ölkələrinin daha əvvəl razılaşdırdığı 60 dollarlıq psixoloji həddən də yuxarıdır.

Kremlin gəlirlərinin artmasının qarşısını almaq istəyən Brüssel hazırda bu artımı dayandırmağın yollarını axtarır. Müzakirə olunan əsas variantlar bunlardır:

Mövcud 44,10 dollarlıq qiymət tavanını ilin sonuna qədər qüvvədə saxlamaq;

Mümkün artımı maksimum 60 dollar həddi ilə məhdudlaşdırmaq.

"Bloomberg" qeyd edir ki, qiymət tavanı ilə bağlı bu məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinə daxil edilə bilər. Yeni sanksiyalar layihəsinin artıq iyun ayının əvvəlində təqdim olunması gözlənilir.

Yeni paket çərçivəsində Brüssel təkcə qiymətləri dondurmaqla kifayətlənmək niyyətində deyil. Məhdudiyyətlərin əhatə dairəsinin genişləndirilməsi və aşağıdakı sektorları vurması planlaşdırılır: Moskvaya sanksiyalardan yayınmağa kömək edən xarici neft treyderləri, banklar və kripto-operatorlar hədəf alınacaq;

Rusiyanın sanksiyalardan yan keçərək dəniz yolu ilə neft ixrac etmək üçün istifadə etdiyi təxminən 20-yə yaxın gəmiyə qarşı birbaşa qadağalar tətbiq olunacaq.

Ekspertlər bildirirlər ki, Aİ-nin bu addımı qlobal enerji bazarındakı balansları yenidən dəyişə bilər. Lakin sanksiyaların tam hüquqi qüvvəyə minməsi üçün ittifaqa üzv olan bütün dövlətlərin yekdil dəstəyi tələb olunur.

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri