Icma.az
close
up
RU
Rusiya neftinə 30 dollarlıq qiymət tavanı: Mümkündürmü və təsiri ola bilərmi?

Rusiya neftinə 30 dollarlıq qiymət tavanı: Mümkündürmü və təsiri ola bilərmi?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qərb Rusiya nefti üçün qiymət tavanını 50 dollar səviyyəsində müəyyən edə bilər. Lakin bu rəqəmi 30 dollara endirsələr belə, rus neftinin ixracının qarşısını ala bilməyəcəklər".

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev Kiyevin G-7-dən Rusiya nefti üçün qiymət tavanını 30 dollara endirmək istəyini şərh edərkən deyib:

Zəfər Vəliyev bildirib ki, neftin qiymətinin indiki səviyyədə olmasından əvvəl G7 Rusiya neftinin idxalı ilə bağlı 60 dollarlıq qiymət tavanı müəyyənləşdirdilər:

"Hazırda isə dünya bazarında neftin qiyməti 60-64 dollar arasında dəyişir. Ona görə də belə bir mülahizə var ki, Rusiya neftinə qiymət tavanı 50 dollar səviyyəsində müəyyən edilsin. Yəqin ki, sonda belə bir qərar da veriləcək".


Həmsöhbətimiz qeyd edir ki, Rusiya neftinə 30 dollarlıq tavan həddi müəyyən edilsə belə, bu onun ixracının qarşısını almayacaq:

"Rusiya 60 dollarlıq qiymət tavanı müəyyən edilən vaxtda belə bir çox hallarda həmin həddə əməl etmirdi. Çünki Rusiyanın neft ixracında birbaşa sanksiyalardan yayınmağa hədəflənmiş fərqli sxemlər mövcuddur. Ona görə Rusiya neftinə 30 dollarlıq tavan həddinin müəyyən edilməsi belə onun ixracının qarşısını ala bilməyəcək. Aprel ayı üçün statistik göstəricilər onu deməyə əsas verir ki, Rusiyanın dəniz yükləmələri kifayət qədər yüksək, gündəlik 3,2-3,3 milyon barrel civarındadır".

Bundan başqa, ekspert düşünür ki, 30 dollarlıq tavan həddinin Rusiyanın satış qiymətlərinə də elə bir təsiri olmayacaq:

"Çünki rus neftinin əsas həcmi fərqli tədarük sxemlərilə Hindistan və Çinə yönəldilir. Dəniz dövləti olduğundan Rusiyanın ixrac həcmlərinə sonadək nəzarət etmək mümkün deyil. Bunun da kökündə birbaşa siyasi maraqlar dayanır. Ona görə də 30 dollarlıq qiymət həddi elə də güclü effekt verməyəcək".

Qeyd edək ki, Ukrayna G7 ölkələrindən Rusiya neftinin qiymətini 30 dollara endirməyi tələb edir.

Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.

O qeyd edib ki, Rusiya neftinin ədalətli qiyməti bir barel üçün 30 dollardır. Hazırda isə dünya bazarında bir barrel neftin qiyməti 63-65 dollar arasındadır. Qərb isə Rusiya nefti üçün qiymət tavanını 60 dollar səviyyəsində müəyyən edib. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri