Avropadan Zelenskiyə YENİ MESAJ: “Moskvadan qorxuruq, ABŞ yoxdursa…” KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Avropalı siyasətçilər Rusiya ilə təkbaşına qarşı-qarşıya gəlmək istəmədikləri üçün Ukrayna prezidenti Volodimir Zelenskiyə Amerika lideri Donald Trampla sülh bağlamaq lazım olduğuna dair siqnal göndəriblər.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, martın 2-də Londonda bir sıra Avropa ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti baş tutub. Tədbir iştirakçıları Moskva ilə Kiyev arasındakı münaqişəni, eləcə də regionda təhlükəsizlik sistemini müzakirə ediblər. Eyni zamanda, görüşdən sonra Böyük Britaniyanın baş naziri Starmer bəyan edib ki, Ukrayna üçün mümkün təhlükəsizlik təminatları ABŞ tərəfindən dəstəklənməlidir.
Məqalə müəllifinin fikrincə, bu, Avropa dövlətlərinin Vaşinqtonun dəstəyi olmadan Moskvaya meydan oxumaqdan qorxduqlarından xəbər verir:
“Bu ölkələr Ukraynaya “ABŞ yoxdursa, biz varıq” deyə bilməyiblər. Bunun əvəzinə onlar Zelenskini Trampla barışmağa çağırıblar”.
Daha sonra əlavə edilib ki, bu fonda Ukrayna lideri ABŞ-la münasibətlərin normallaşdırılması ilə bağlı mesajlar göndərməyə başlayıb. Xüsusilə o, mineral ehtiyatların birgə işlənməsinə dair sövdələşməni mümkün qədər tez bağlamağa hazır olduğunu bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















