Avropalı bukmeykerlər Avroviziya 2025 də Azərbaycanı favorit hesab etmir
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Avropalı bukmeykerlər "Avroviziya - 2025"də Azərbaycanı təmsil edən "Mamagama" qrupunu favorit hesab etmir. SİA müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "Mamagama" qrupunun "Run with u" mahnısı ilə qalib gələcəyinə inananlar 1 faizdən də azdır.
Builki müsabiqədə əsas favorit ölkələr İsveç və Avstriyadır. Belə ki İsveçi təmsil edən KAJ qrupunun "Bara bada bastu" mahnısı 38 faiz, Avstriyanı təmsil edən Yohannes Pietsin "Wasted love" mahnısı isə 16 faiz göstərici ilə "Avroviziya - 2025"də iddialılardan hesab olunur.
Ümumilikdə, bukmeykerlərin ilk onluğunda İsveç və Avstriya ilə yanaşı, Fransa, Hollandiya, İsrail, Finlandiya, Belçika, Çexiya, Estoniya və Albaniya kimi ölkələr var.
Qeyd edək ki, "Avroviziya - 2025" İsveçrənin Bazel şəhərində keçiriləcək.
Müsabiqənin yarımfinal mərhələləri 13 və 15 mayda, final isə 17 mayda olacaq.
Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















