Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Avropalı ekspert: “Avropaya Bakı ilə İrəvan arasında sülh lazım deyil” RƏY

Avropalı ekspert: “Avropaya Bakı ilə İrəvan arasında sülh lazım deyil” RƏY

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şou səfəri - Avropa Şurasının baş katibi Alen Bersetin Ermənistana səfərindən belə təəssürat yaranır. Belə ki, baş katib Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına Avropa Şurasının dəstəyini bir daha təsdiqləyib, həmçinin bu ölkədə institutların gücləndirilməsinə töhfə verən və Ermənistan mediasının yazdığı kimi, “insan hüquqlarının qorunmasına və qaçqın axınına cavab verən ev sahibi icmaların davamlılığına” yönəlmiş hazırkı demokratik islahatlara yardımı müzakirə edib.

Görünür, yuxarıda deyilənlərin hamısı sadəcə olaraq mənasız ifadələr toplusudur, xüsusən də “qaçqın axınına cavab verən icmaların davamlılığı” haqqında – Ermənistanda bununla bağlı heç bir problem mütləq yoxdur və olmayıb. Avropa Şurasının baş katibi həqiqətən Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasında Ermənistana necə kömək edə bilər? Bəs Avropa rəsmilərinin belə səfərləri İrəvanın özünə niyə lazımdır? Xarici ekspertlər bu suallarla bağlı əməkdaşı “Caliber” analitik mərkəzinə fikirlərini bildirib. Ekspertlərin rəylərini oxucularımıza təqdim edirik.

Avstriyalı politoloq Rudolf Valeyev hesab edir ki, İrəvan Aİ-nin fəal təşviqi ilə öz dağıdıcı kursu ilə fəlakətə doğru gedir.

"İrəvan indi nə edir və nə bəyan edir? Bunlar sülh müqaviləsi və baş nazir Paşinyanın erməni kilsəsi ilə mübarizəsi ilə bağlı boş bəyanatlardır. Deklarativ bəyanatlarla yanaşı, sülh müqaviləsi ilə bağlı real iş aparılmır. İrəvanın Bakı ilə etimad konsensusu yaratmaq cəhdləri haradadır?

Eyni zamanda, Paşinyan bu məsələyə “erməni” baxışı ilə bağlı dəfələrlə müxtəlif ziddiyyətli bəyanatlar verib - bəzən konstitusiyada ərazi iddiaları məsələsini Ermənistan üçün problem hesab edir, bəzən də yox. Eyni məcrada Avropa Şurası baş katibinin İrəvana səfəri: yüksək vəzifəli şəxslərlə bir sıra rəsmi görüşlər, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının zəruriliyi barədə təmtəraqlı ifadələr, lakin məsələnin mahiyyətinə varmaq istəyi olmadan.

Bəs bu, Ermənistanda indiki demokratik islahatları dəstəkləməkdə Avropa Şurasının hansı işidir, kimə lazımdır, indi ən vacibi tərəflər arasında regionda sabitliyə zəmin yaradacaq sülh müqaviləsi bağlamaqdır.

Əgər Avropa Şurası Cənubi Qafqazda sülhün bərqərar olmasından bu qədər narahatdırsa, niyə İrəvanla dialoqda Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı çağırışlar yoxdur? Belə çıxır ki, səfərin mahiyyəti ümumiyyətlə regionda sülhün bərqərar olması üçün konstruktiv yanaşmaların tapılmasından ibarət deyil, yalnız onların zahiri görünüşüdür. İrəvanın dəfələrlə Ermənistanın “hər şeyə razı olduğu” sülh müqaviləsi imzalamaq çağırışları əsl diplomatik işdən daha çox absurd teatrını xatırladır. Bakı bu cür bəyanatları artan qıcıqla qarşılayır.

Bundan əlavə, yeni silahların əldə edilməsi fonunda İrəvanın “sülh təşəbbüsləri” həqiqətən də qəribə görünür, lakin Avropa İttifaqı bundan xüsusi narahat deyil. Paşinyan Bakının bu məsələ ilə bağlı narahatlığını aradan qaldırmağa çalışmayaraq, xalqa nə sülhə, nə də müharibəyə zəmanət verə bilmədiyi üçün özünün hakimiyyətdə qalmasını riskə atır və bu da onun əhali arasında etimadını aşağı salır, regionda gərginliyi saxlayır. Aydındır ki, o, bu məsələdə konkret addımlar barədə qərar verə bilməz.

Avropa Şurası və Aİ-nin digər siyasi institutları kimi strukturlar açıq şəkildə bu qeyri-müəyyən vəziyyətdən razıdırlar. Onlara regionda sülh lazım deyil, onlar danışıqlarçı kimi çıxış edə və Cənubi Qafqaza nüfuzlarını həyata keçirə biləcəkləri uzunmüddətli silahlı münaqişə lazımdır”, - R.Valeyev bildirib.

Qırğız politoloqu, siyasi elmlər namizədi Umar Mutəliyev qeyd edib ki, İrəvanın yüksək rütbəli avropalı məmurun bu səfərində yalnız bir marağı var- Ermənistanda demokratik islahatlar üçün Qərbin ayırdığı vəsait.

"İlkin büdcəsi 19 milyon avro olan Ermənistan üçün 2023-2026-cı illər üçün Fəaliyyət Planı maliyyə böhranı yaşayan rəsmi İrəvan üçün xoş təkandır. Bu pullar naminə Paşinyan müxtəlif hiylələrə və piruetlərə hazırdır - hətta Aİ-ni heyrətlənəcəyi və bəyənəcəyi bir şey elan etməyə.

Qalan hər şey sadəcə İrəvanın havadakı qalalarıdır. Avropa o qədər inkar edilib ki, sülh yolu ilə nizamlanmanın açarında təsirli təşəbbüslər irəli sürə bilmir. Və İrəvan Aİ ilə “qardaşlaşma” prosesinə nə qədər dərinləşsə, danışıqlar prosesində bir o qədər pis şeylər gedəcək”, - deyə U.Mütəliyev bildirib.

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri