Bakı ilə İrəvan arasında sülh... ABŞ senatoru
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Ermənistanla Azərbaycan arasında sülh sazişi Mərkəzi Asiya üçün mühüm geosiyasi əhəmiyyətə malikdir.
Bakupost.az Report-a istinadla xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Montana ştatından olan respublikaçı senator Stiv Dayns deyib.
Onun sözlərinə görə, ABŞ-nin əleyhdarları Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə gücləndirilmiş qarşılıqlı əlaqəsinə xələl gətirir.
"Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sıçrayışlı sülh sazişinin Mərkəzi Asiya üçün mühüm geosiyasi təsirləri var", - siyasətçi bildirib.
Dayns ABŞ-nin real sərmayələri və daha sıx əməkdaşlığı nəzərə alaraq "əvvəlki administrasiyanın səhifəsini çevirdiyi" məsələsinə toxunub. O, həmçinin qeyd edib ki, ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında möhkəm münasibətlərin qurulması Amerikanın milli təhlükəsizliyi üçün çox vacibdir.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evin rəhbəri Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.
Eyni zamanda Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Sentyabr 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















