Icma.az
close
up
RU
“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır” Zahid Oruc

“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır” Zahid Oruc

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi işğal partiyasına və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır. Qərbli çinovniklər və millət vəkillərinin nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyasətçilərin beynində 26 sentyabr erası hələ yaşayır".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Xalq Cəbhələri İkinci Dünya müharibəsindən əvvəl faşizmə qarşı silah kimi yaradılıb, daha sonra sovetləri iflasa uğratmaq üçün alət olub, indi isə müstəqil ölkəmizə qarşı tətbiq olunur. Faktiki olaraq, 90-cı illərdə hakimiyyətə gətirilən belə qüvvənin üzərindən bir vaxtlar Qorbaçovdan ermənilərə müstəqillik tələb edənlər, sonra məhz AXC-nin etnik barışmazlıq siyasətini əldə bayraq edib Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etdilər. İndi heç bir tərəfdar gücü olmayan bir siyasi qüvvənin adı ilə qəbul edilən qərar faktiki olaraq ölkəmiz üzərində qurulan prokuror və hakim davranışının göstəricisi, ölkəmizin müstəqil məhkəmə sisteminin qəbul edilməməsi deməkdir.

ABŞ-nin tarixində heç bir lider Donald Tramp qədər Azərbaycan liderinə heyranlığını ifadə etməyib, özünün sosial paylaşımlarında açıq simpatiya göstərməyib. USAID kimi qurumların adı yumşaq, mahiyyətcə sərt güc — rejim dəyişdirmə əməliyyatlarının ifşası nəticə etibarilə ölkəmizə qarşı təzyiq imkanlarını tükədib, indi hansı metodla geosiyasi təsir qazanacaqlarını bilmirlər.

8 avqust Vaşinqton razılaşması Brüsseli zərbə altında qoydu. Azərbaycanın varlığı tarixində belə legitimlik və yüksək tanınma olmayıb. Digər tərəfdən, İlham Əliyev Ermənistanı Avropanın əlindən alıb, onun imperiya maraqlarına xidmət imkanlarına zərbə vurulub. İndi Azərbaycana təzyiq üçün mütləq yeni daxili xəyanətkarlar gərəkdir. Sülh Qərb üçün təhlükə törədir, bölgəni sümürməyə vasitələr qalmır.

Hakimiyyət çevrilişinə hansı ölkənin dəstək verdiyi ortada olduğu halda, indi guya Ukrayna məsələsində qlobal koalisiya quranlar Azərbaycan məsələsində dövlət çevrilişinə dəstək verirlər. İndi rəsmi Kiyevin bizim xalqımız üzərində aparılan 30 illik möhtəkirlik kampaniyalarının guya 51 dövlətlə Rusiyaya qarşı deyil, hakimiyyəti dəyişdirməyə çalışanların yanında olmaqla qalib iqtidarı nə üçün süngü qarşılamadıqlarını göstərirlər. Qələbəmiz həmçinin Avropa Parlamentinin üzərində qazanılıb.

Eva Kayli adlı vitse-prezidentin korrupsiya üstündə həbsi siyasi lobbimizin bütün prinsiplərə zərbə vurduğunu göstərir.

Siz bir zəngilanlının, yaxud kəlbəcərlinin lehinə qərar, yaxud onların evlərinin tikintisinə bir sent yardım etməmələri ilə yüksək ideallar haqda bəlağətli nitqləri ifşa edirsiniz. Bir vaxtlar Marşal planı ilə dağılmış Avropanı quranlar indi insan haqları adı altında 20 faiz ərazidə bir tikiliyə yardımçı olaraq qurucu Qərb mütəfəkkirlərinin ruhunu şad etmək istəmirlər.

2 dekabrda Ermənistanda Qarabağ danışıqlarına dair keçmiş sənədlər ictimaiyyətə açıqlandı və üzə çıxdı ki, Ali Baş Komandan bağlı qapıları necə açıb, bütövlüyümüz üçün necə diplomatik-siyasi döyüşüb. Əvəzində Minsk Qrupu bölgəni sümürmək üçün hansı təklifləri irəli sürüb.

Əli Kərimli pasporta malik deyilsə, heç olmasa daxildə bircə dəfə Ağdama getsəydi, göstərərdi ki, Qərbin yeni Vətən quruculuğuna münasibətində tələdə yem kimi iştirak etmir.

Qarabağ təkcə daxildə siyasi hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin əlindən çıxmayıb, həm də beynəlxalq dairələrin Cənubi Qafqaz üzərində apardıqları zəif bənd siyasətini mümkünsüz edir. Ona görə də belə qətnamələr ölkəmizi seçdiyi yoldan döndərə bilməz.

Qətnaməni oxuyarkən Almaniyanın müdafiə naziri Boris Pistoriusun müsahibəsində dediyi bir ifadə Strasburq və Brüsselin məqsədlərini tam ifşa etdiyini göstərir. O deyir: Avropanın təhlükəsizliyi üçün Ukrayna müharibəsi davam etməlidir. Belə sinizmin və acımasızlığın parlaq nümunəsi az görünür. Deməli, bir millətin faciəsi qoca qitənin maraqlarına yarayır.

Frans Xalq Cəbhəsini təmsil edən Marin Le Penin ağır sanksiyaya məruz qalmasına həmin Parlamentin dəstək vermədiyi halda ölkəmizə qarşı belə addım atması prinsiplərin deyil, məhz mənafelərin üstün tutulduğunu növbəti dəfə təsdiqləyir. Qətnamələr Qələbəmizi əlimizdən ala bilməz".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri