Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Zahid Oruc: Bu, alqışa layiqdir, lakin hələ də...

Zahid Oruc: Bu, alqışa layiqdir, lakin hələ də...

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın mülkiyyət hüquqlarının qorunması, daşınmaz əmlakın elektron reyestrinin yaradılması, qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflığın artırılması istiqamətində mühüm qərarlar qəbul olunur. 

Müzakirəyə təqdim olunan qanun layihəsi dövlət mülkiyyətində olan əmlakın (o cümlədən, dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsaslarını yaradır. 

Müzakirə etdiyimiz layihənin aktuallığını təsdiqləyən ən mühüm göstərici ƏMDX-nin rəsmi statistikasıdır. Quruma 2025-ci il ərzində 10877.62 ha torpaq sahəsinin kateqoriyasının və məqsədli istifadə təyinatının dəyişdirilməsi ilə bağlı 734 müraciət daxil olub. Yalnız 11 müraciət üzrə 225.60 ha torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilib". 

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, dövlət torpaqları ilə xüsusi mülkiyyətdə olan torpaq və əmlakın qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi sosial ədaləti və iqtisadi səmərəliliyi təmin edəcəkdir:

"Nəticədə, daşınmaz əmlak bazarında likvidlik artacaq, bank sektorunun girov bazası genişlənəcək, sahibkarların investisiya imkanları artacaq, vergi bazası genişlənəcək, nəhayət, məhkəmələr böyük yükdən azad olur. 
Bir aksioma var-güclü dövlət, ilk növbədə, vətəndaşların hüququnu iqtisadi dəyərə çevirə biləndir. İnsanlar illərlə zəhmət çəkərək ev tikirsə, istehsal sahəsi yaradırsa, vergi ödəyirsə, yeni iş yerləri yaradırsa, lakin həmin əmlakı hüquqi baxımdan rəsmiləşdirə bilmirsə, təkcə fərd və ya ailə ziyan çəkmir, iqtisadiyyat da itirir. 

 Əgər on minlərlə insanın malik olduğu torpaq və əmlak hüquqi cəhətdən tanınmırsa, "ölü kapitala" çevrilir. O, nə bank üçün girov olur, nə investisiya cəlb edir, nə də iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilir".

O əlavə edib ki, 2023-cü ildə imzalanan "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman cəmiyyətdə təsadüfən "əmlak amnistiyası" kimi qiymətləndirilmədi. "Onun əsas məqsədi təhlükəsizlik tələblərinə cavab verən, lakin tam rəsmiləşməmiş obyektlərin iqtisadi dövriyyəyə qaytarılması, sahibkarların və vətəndaşların əmlak hüquqlarının tanınması idi. 
Lakin ƏMDX-nin məlumatı göstərir ki, 2025-ci ilin oktyabr ayınadək cəmi 18 523 müraciət daxil olub, 4 956 obyektin istismarına icazə verilib, 3 931 obyekt dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla təmin edilib. Rəqəmlər nəzərdə tutulan 43 min qeyri-yaşayış obyektinin hələ də yarısının rəsmi orqanlara müraciət etmədiyini, yalnız 10 faizinin hüquqi aktlarla təmin olunduğunu göstərir. Fərmanın öz məqsədinə çatması üçün yerdə qalan 90 faiz əmlak da rəsmiləşdirilməlidir. 

2023-cü il prezident fərmanının icrası ilə bağlı aparılan təhlillər  göstərir ki, dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşən qeyri-yaşayış obyektlərinin 41,5 faizi yerli icra hakimiyyəti başçılarının sərəncamları, 40,9 faizi isə icarə müqavilələri əsasında formalaşıb. Bələdiyyə torpaqlarında yerləşən obyektlərin 58,7 faizində əsas hüquqi sənəd bələdiyyə qərarı olub. Xüsusi mülkiyyətdə olan torpaqlarda isə obyektlərin 82,6 faizinin çıxarışı mövcuddur. Nəticələr göstərir ki, hüquqi qeyri-müəyyənlik əsasən dövlət və bələdiyyə torpaqları üzərində formalaşan münasibətlərdə cəmləşib. 

Eyni araşdırmaya görə, torpaq hüquqlarını rəsmiləşdirə bilməyən respondentlərin 52,1 faizi bunun səbəbini bürokratik maneələrlə izah edir.   Ödəniş haqları ilə  bağlı vətəndaşların narazılıqlarını diqqətə alaraq, mənfi nəticələnən müraciətlər üzrə rüsumların tam və ya qismən geri qaytarılması mexanizmləri nəzərdən keçirilə bilər. 

2025-ci ilin iyulun 16-da müvafiq prezident  fərmanı ilə 105 minə qədər vətəndaş mülkiyyətinin qanuni sənədlərini almaq imkanı qazandı. Əlbəttə, əhali arasında torpaq və əmlak amnistisiyası adını alan qərarlar alqışa layiqdir. Lakin hələ də  on minlərlə qeydiyyatsız əmlaklar varsa, ölkə iqtisadiyyatında 'ölü kapitalın' ümumi həcmi müəyyənləşməyib. Ona görə də bütün iqtisadi aktivləri dövriyyəyə mütləq qaytarmaq gərəkdir. Çünki cəmi 4 minə qədər rəsmiləşən qeyri-yaşayış obyektləri 500 milyon manatdan çox iqtisadi dəyər yaradıb.

Növbəti mərhələdə, torpaq münasibətlərinin tam inventarlaşdırılması vətəndaşların mülkiyyət hüquqlarının daha da sadələşdirilmiş mexanizmlərlə təmin olunmasına imkan yaradar.",- o vurğulayıb.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyul 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri