Avropalılar daha çox məsuliyyət götürməlidir Ərdoğan
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ankara Varşava ilə həmçinin müdafiə sənayesi sahəsində sıx əməkdaşlığa hazırdır. Türkiyə və Polşa dəfələrlə layihələr həyata keçiriblər, bunlardan bəziləri PUA-ların təchizatı ilə bağlı olub. Ölkələrimiz NATO üzrə iki əvəzolunmaz müttəfiq kimi fəal şəkildə əməkdaşlıq edir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə lideri Polşa ilə əməkdaşlığı qarşılıqlı faydalı adlandıraraq, Varşavaya Ankaranın Avropa Birliyinə qoşulmaq müraciətini dəstəklədiyinə görə təşəkkür edib.
O, həmçinin Ankarada keçiriləcək Şimali Atlantika Alyansı sammiti ilə bağlı gözləntilərini bölüşüb:
“Biz NATO üzrə Avropa müttəfiqlərimizin iyulun 7-8-də keçirilməsi planlaşdırılan sammitdə üzərlərinə daha böyük məsuliyyət götürməsini vacib hesab edirik”.
Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə lideri qeyd edib ki, Ankara və Varşava regionda sülhün vacibliyi ilə bağlı eyni fikirdədirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 İyun 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















