Icma.az
close
up
RU
Avropanı qarışdıran sirli hadisə: 7 ölkədə təşviş yaşanır Planlı hücumdur, yoxsa?..

Avropanı qarışdıran sirli hadisə: 7 ölkədə təşviş yaşanır Planlı hücumdur, yoxsa?..

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün Avropanın 7 ölkəsində – Fransa, İspaniya, Portuqaliya, Andorra, Belçika, Yunanıstan və Niderlandda elektrik enerjisinin verilməsi ilə bağlı ciddi problemlər yaranıb. Nəticədə ictimai nəqliyyat iflic olub, internet kəsilib. Bildirilir ki, bəzi ərazilərdə problem hələ də davam edir və hadisənin səbəbi araşdırılır.

Məsələ ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəzilərinə görə, bu, texniki qəza deyil, planlı təxribatdır. Bunu ABŞ-ın Qərbə gözdağı verməsi kimi təqdim edənlər də var.

Globalinfo.az-a danışan Enerji və Neft Araşdırmaları Mərkəzinin sədri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, problemin konkret səbəbi hələlik müəyyən edilməyib:

“Mən yarım saat əvvəl “Euronews” və “Reuters” kanallarına baxdım. Amma artıq “nadir atmosfer hadisəsi” versiyası da irəli sürülməyə başlayıb. Çünki Avropanın cənubunda hava soyuduğu halda, mərkəzi və şimal bölgələrində temperatur xeyli yüksəlib.

İlham Şaban

Böyük Britaniya, Almaniya və Polşada +24, +25 dərəcə isti müşahidə olunarkən, cənub ölkələrində +16, +17 dərəcə qeydə alınıb. Fərziyyələrə görə, atmosferdə baş verən bu dəyişikliklər elektrik enerjisinin paylanma sistemlərində (avtomatik idarəetmə mərkəzlərində) qeyri-müəyyənlik yaradıb. Sistem bu vəziyyəti istehlakın qəfil şəkildə bir neçə dəfə azalması kimi qiymətləndirib və nəticədə qəza baş verib. Bununla yanaşı, oxşar nəticənin kiberhücumlar vasitəsilə də baş verə biləcəyi ehtimalı istisna edilmir”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, bu, sadəcə texniki nasazlıq da ola bilər:

“ABŞ-ın və ya başqa bir ölkənin belə bir hərəkətə əl atacağını düşünmürəm. Yəni xüsusi bir səbəb görmürəm. Düzdür, elektrik sistemlərini sıradan çıxarmaq üçün texnologiya var, amma bu günə qədər heç bir ölkə bundan istifadə etməyib.

Qabil Hüseynli

Fransa istisna olmaqla, İspaniya, Portuqaliya, Andorra, Belçika, Yunanıstan və Hollandiya mövcud geosiyasi proseslərdə elə də böyük çəkiyə sahib deyillər. Təkcə bu fakt belə, həmin ölkələrə qarşı hansısa böyük dövlətin təxribat törətdiyi iddiasını zəiflədir. Böyük ehtimalla bu, sadəcə qəza olub”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri