Icma.az
close
up
RU
Planlı olaq, yoxsa həyatı axışına buraxaq? Effektiv yol

Planlı olaq, yoxsa həyatı axışına buraxaq? Effektiv yol

Icma.az, News24 saytına istinadən bildirir.

Bəzi insanlar düşünür ki, həyatı və işləri planlı idarə etmək lazımdır. Amma bəzi insanlar spontan, plansız yaşamağa üstünlük verirlər. Yəni düşünürlər ki, gündəlik plan qursalar və o planlardan biri alınmasa, bu, gün boyu işlərinə və o günə mənfi təsir edəcək. Bəzi insanlar isə plan qurmasalar, narahat olur və plansız işlərini düzgün idarə edə bilmədiklərini düşünür. Bəs doğru olan nədir? İş və şəxsi həyatda plan qurmaq vacibdir, yoxsa spontan idarə etmək?

Psixoloq Günel Hacızadə Valyuta.az-a bildirdi ki, adətən, həyatda ən sağlam yanaşma bu ikisinin balansıdır: “Həyatı spontan da, planlı yaşamaq da öz yerində dəyərlidir. Spontan yaşamaq insanı daha elastik edir, dəyişən şəraitə tez uyğunlaşmağa kömək edir. Həyatdan daha çox zövq almağa, gözlənilməz gözəllikləri görməyə şərait yaradır. Ancaq tam spontan yaşamaq uzunmüddətli məqsədlərə çatmaqda çətinlik yarada bilər. Planlı yaşamaq isə məqsədlərə çatmaq üçün ən etibarlı üsuldur. Planlı yaşamaq vaxtdan, enerjidən daha ağıllı istifadə etməyə imkan verir. Lakin həddindən artıq planlı olmaq insanda stres və çevikliyə qarşı müqavimət yarada bilər. Planlar pozulanda narahatlıq çox olur". 

Strateji planlı və gündəlik çevik olma prinsipi ilə hərəkət etmək olar

Psixoloq deyir ki, əsasən böyük məqsədlər üçün planlı olmaq yaxşıdır: “Məsələn, karyera, şəxsi inkişaf, maliyyə idarəsi və.s kimi işlərdə planlı olmaq daha məqsədə uyğundur. Ancaq gündəlik həyatın içində spontanlığa da yer vermək lazımdır. Məsələn, istirahət günündə proqramsız gəzmək, yeni şeylər sınamaq, günü axışına buraxmaq olar. Bir çox uğurlu insanlar “strateji planlı, gündəlik isə çevik” prinsipini tətbiq edir. Yəni, strateji planlı istiqamət sabitdir. Lakin gündəlik addımlar çevik və vəziyyətə uyğun olur, nə qədər planla hərəkət edirsinizsə edin, ani dəyişimlərə, baş verə biləcək situasiyalara hazır olub çevik qərarlar verə bilməlisiniz ki, plandakı sabitlik pozulmasın. Spontanlıq isə elə çevik qərarlar üzərində quruludur və bu hansısa hədəfə çatmaq üzrə qurulmur, bir növ "günü problemsiz ötüşdürmək" kimi olur. Nəticədə kiçik uğurlar da əldə oluna bilər. Lakin böyük hədəf və planlar üçün məqsədəuyğun deyil. Qısacası, hədəfə gedən yol üçün xəritə lazımdır. Sadəcə bu yolda bəzən dayanıb nəfəs almaq da vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Aprel 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri