Icma.az
close
up
RU
Avropanın 24 maddəsi, Trampın 28 şərti: Ukrayna üçün çıxış yolu varmı?

Avropanın 24 maddəsi, Trampın 28 şərti: Ukrayna üçün çıxış yolu varmı?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü sülh planına alternativ hazırlanmış 24 maddəlik sənədi tamamlayıb. Bu sənəd Ukrayna və Rusiya arasında hərbi gərginliyi azaltmaq üçün nə kimi konkret addımlar təklif edir? Tramp təzyiqlər fonunda hansısa güzəştə gedə bilərmi?

Moderator.az-a danışan irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib ki, iki sülh planı arasında əsas fərqlər bir neçə məsələdə ortaya çıxır:

“Avropa İttifaqı ABŞ-ın Ukrayna üçün daha ciddi təhlükəsizlik təminatları verməsini tələb edir. Onlar Kiyevin ərazi bütövlüyü ilə bağlı əsas mövqeyini dəstəkləyirlər, lakin bu dəstək daha çox mənəvi xarakter daşıyır və real nəticə gözləntiləri o qədər də yüksək deyil. Avropa İttifaqı qeyd edib ki, Trampın planı Rusiya tələblərinə daha çox uyğunlaşır, lakin onlar həm də döyüş meydanında mövcud reallıqdan qaça bilmirlər. Bu plan ümumi vəziyyətin əksidir. Gələcəkdə istənilən razılaşma Kiyev üçün daha pis ola bilər, çünki vəziyyət hər gün pisləşir və Trampın Kiyev üzərindəki əsas təsir vasitəsi də məhz budur — ABŞ yardımının dayandırılması ilə yanaşı mövcud vəziyyətin ağırlaşması. Trampın Rusiya üzərində təsir imkanları daha zəifdir, çünki Putinə qarşı edə biləcəyi yeganə şey ABŞ siyasətinin yenidən Bayden dövründəki xəttə qayıtması ilə hədələmək strategiyasıdır. Tramp isə bunu etməkdən çəkinir, çünki o, müharibəni bitirmək istədiyi halda Baydeni və Kiyevi bu müharibəyə görə məsuliyyətli sayır. Plan konkret de-eskalasiya təklifləri baxımından çox zəifdir və ən böyük təhlükə odur ki, müharibə yenidən başlaya bilər. Çünki Ukraynadakı millətçilər bunun onlar üçün pis razılaşma olduğunu düşünərək ABŞ-ı yenidən prosesə cəlb etmək üçün döyüşləri bərpa etməyə cəhd göstərə bilərlər. Əgər bu plan real və konkret bir razılaşmanı ifadə edirsə, onun uğur qazanmasında Rusiyanın marağı daha böyükdür. Bu planın bütün tərəflər tərəfindən qəbul edilməsi mümkündür, lakin bu, çox çətin olacaq və ehtimalı aşağıdır. Rusiya yəqin ki, dörd vilayətin tanınması, dondurulmuş vəsaitlərinin böyük hissəsinin geri qaytarılması və sanksiyaların qaldırılması ilə razılaşa bilər. Radikal ukraynalı millətçilər isə itirilmiş ərazilərin geri alınması üçün müharibənin davam etməsi istisna olmaqla, başqa heç bir razılaşmaya yanaşmayacaqlar”.

İrlandiyalı ekspert qeyd edib ki, Kiyev çox çətin vəziyyətdədir:

“Zelenski döyüş meydanında vəziyyətin günü-gündən pisləşdiyini görür, eyni zamanda həm Minsk, həm də İstanbul danışıqlarının daha yaxşı imkanlar yaratdığını bilir. Lakin Qərb onların həmin razılaşmaları qəbul etməsinə mane olmuşdu və dəstək vədləri vermişdi. Ukrayna xalqı əsasən müharibənin indi bitməsini istəyir, amma istənilən qiymətə yox. Ukrayna ordusunun sayının məhdudlaşdırılması və ABŞ-ın müəyyən təhlükəsizlik təminatları kimi məqamlarda Putinin qəbul edə biləcəyi güzəştlər mümkündür. Amma bunlar da məhduddur. Putin yaxşı bilir ki, Tramp müharibəni bitirmək istəyir və ABŞ Krım və Donbas məsələsində o addımı atmağa hazırdır ki, bunu heç vaxt Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya ilə bağlı etməyə hazır olmamışdı — yəni ərazi dəyişikliyini tanımaq. Sir Basil Henry Liddell Hartin dediyi kimi, “müharibə düşmənin komandanlığının şüurunda qazanıldığı anda həqiqətən qazanılmış olur”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib ki, sənədlərin müqayisəsinin əsas fərqi Ukraynaya şərəflə məğlub olmaq imkanının yaratmasıdır:

“Ukrayna əgər bu şərtlər nəticəsində torpaq itirəcəksə, bu, Ukraynanın məğlubiyyəti olacaq. Amma bundan sonra Ukraynanın sivil Avropaya və NATO-ya üzvlük məsələsi mümkün ehtimal kimi qalacaq. Ukrayna ordusunu istədiyi kimi quracaq. Zaporoje atom elektrik stansiyası və Kaxovka su bəndi Ukraynanın nəzarətinə keçəcək, hansı ki, Trampın şərtlərində bu əli əliyə nəzərdə tutulur. 

Rusiya ilə Avropanın, eyni zamanda, NATO-nun gələcək münasibətlərinə də aydınlıq gətirilməsi üçün planlarda şərtlər fərqi vardır. Hesab edirəm ki, qarşılıqlı bu şərtlər tərəflər üçün mümkünsüz görünür. Nə Rusiya Avropanın 24, nə də Ukrayna Trampın, əslində Putinin 28 maddəlik bəndləri ilə sülhə getməyəcək. Müharibənin dayandırılması üçün Rusiyanın daha ciddi prinsipial güzəştlərə getməsi lazımdır. Məsələn, işğal etdiyi Ukrayna ərazilərinin böyük hissəsini geri qaytarmaq kimi. Trampın bu şərtlərlə Ukraynanı sülhə məcbur etməsi mümkün deyil. Bu hal bir dəfə də təkrarlandı. Onda Türkiyə və Avropa İttifaqı ABŞ-sız Ukraynaya dəstək olacaqlarını açıqladılar. İndi də belə olacaq. Təbii ki, çox çətin olacaq, həm Aİ, həm də Ukrayna üçün. Amma Zelenskinin bu planı təqdim edərkən Ukrayna xalqına ya şərəflə ölmək, ya da şərəfsiz sülhlə yaşamağı təklif edən çıxışı hər şeyi deyir. Ukrayna xalqının şərəfli ölümü seçəcəyi kimsəsə şübhə doğurmur”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri