Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?

Ukrayna çıxılmaz durumda: çıxış yolu varmı?

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin 3 ili tamam olacaq.
Bu savaş haqqında zaman-zaman siyasi xadimlər bir çox fikirlər, ehtimallar irəli sürürlər. ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra onun bu münaqişəni bitirəcəyinə inananlar da var, inanmayanlar da.
Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsi ilə bağlı qeyd edib ki, münaqişənin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra xoşagəlməz qərarlar qəbul etməli olacaq. Həmçinin o əlavə edib ki, əsas sual ABŞ vasitəçiliyinin görüş təşkil etmək üçün kifayət edib-etməməsi və birbaşa danışıqlar prosesinə başlamaqdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında ABŞ-Rusiya arasında Ukraynasız “sülh danışıqları”nın keçirilməsi Zelenskinin etirazı ilə qarşılanıb.
Bəzi ekepertlərin fikrincə, məhz bundan sonra Zelenski tələmtələsik, eyni zamanda gecikmiş Ankara səfərini reallaşdrııb.
“Xalq Cəbhəsi” prosesi araşdırmağa çalışıb.

“Məqsədin birinci hissəsinə çatılıb”

Milli Məclisin deputatı Sahib Alıyev Rusiya-Ukrayna savaşının tərəflərdən heç birinin ürəyindən olmayan sonluqla bitəcəyinin öncədən bəlli olduğunu söyləyib: “Rusiyanı bu savaşa sövq edən və arada da həvəsləndirənlərin, Ukraynanı plasdarma çevirənlərin məqsədləri heç də burada kiminsə qalib gəlməsi, yaxud da məğlub olması deyildi. Məqsəd iki slavyan xalqını üz-üzə qoymaq, onları əbədi də olmasa uzunmüddətli düşmənə çevirmək idi. Məqsədin birinci hissəsinə çatıblar. İndi nə Ukraynanın, nə də Rusiyanın ürəyindən olan, amma çox ehtimal ki, hər iki tərəfin qələbə kimi təqdim edəcəyi elə bir anlaşma üzərində iş gedir ki, ikinci məqsədə də çatılsın. Yəni narazılıqlar saxlanmaqla aradakı düşmənçilik mümkün qədər uzadılsın. Cənab Fidan xoşagəlməz qərarlar deyəndə yəqin ki, bunu nəzərdə tutur”.

“Kremli həm də buna həvəsləndirirdilər”

S.Alıyevin sözlərinə görə, yuxarıda Rusiyanın Ukrayna ilə savaşa sövq edilməsi və həvəsləndirilməsindən danışarkən konkret olaraq nəyin nəzərdə tutulduğuna tam aydınlıq gətirmək üçün qərbdəki bəzi dövlətlərin 2004-2014-cü illərdəki hərəkətlərini xatırlatmaq istərdim: “Həmin dövlətlərin o vaxt Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ziddiyyətli mövqeləri mənim fikrimcə, əslində oyun idi. Yəni o zaman Ukraynanın NATO-ya üzvlüyünü guya dəstəkləyən ABŞ onun əleyhinə çıxan Almaniya və Fransa kimi dövlətlərə gərəkən təzyiqi göstərsə idi, onlar geri çəkiləcəkdilər. Amma bu təzyiq göstərilmədi. Çünki ABŞ belə bir mövqe ortaya qoymaqla Rusiya ilə Ukraynanı biri-biri ilə toqquşmağa sövq edir, Almaniya və Fransa isə ikincinin NATO-ya üzvlüyünün əleyhinə olduqlarını qabartmaqla savaşa sövq edilən Kremli həm də buna həvəsləndirirdilər. Və nəticə də ortadadır”.

“Kiyevin təhlükəsizliyi sual altındadır”

Politoloq Aytən Qurbanova deyib ki, üç ildir davam edən Rusiya-Ukrayna müharibəsinin nəticəsində Ukraynanın işğal olunmuş ərazilərinin geri qaytarılması məsələsi daha da çətinləşib: “Əgər 24 fevral 2022-ci il tarixinə qədər Krım, Luqansk və Donetskin taleyi uğrunda mübarizə aparılırdısa, bu gün Kiyevin təhlükəsizliyi belə sual altındadır. Ona görə də, indiki məqamda atəşkəs ilə bağlı danışıqlar mütləq şəkildə güzəştlərin olmasını zəruri edir: “Xüsusilə də, Ukraynanın ərazi bütövlüyü ilə bağlı “güzəştlərin” olacağı ehtimalı heç bir halda istisna edilmir. Düşünürəm ki, Qərb-Rusiya qarşıdurmasında mübarizə meydanına çevrilən Ukraynanın taleyi indi də ABŞ-Avropa qarşıdurması çərçivəsində aparılan müzakirələrdə həll edilir. Belə olan halda təbii ki, ərazi bütövlüyü məsələsi heç bir halda prioritet ola bilməz”.

“Yaranmış şəraitdə ən böyük zərərlə çıxan ölkə Ukraynadır”

Politoloq Telman Nüsrətoğlu qeyd edib ki, Türkiyənin əvvəldən mövqeyi çox doğru, ədalətli, isabətlidir, yəni geosiyasi şərtləri ölkələrin güc balansını çox doğru analiz edən bir mövqedir: “Ona görə də cənab Ərdoğan ilk gündən etibarən demişdi ki, bu müharibənin qalibi olmayacaq. Nə Ukrayna, nə Rusiya mütləq bir qalib ola bilməz”.
T.Nüsrətoğlunun sözlərinə görə, indi daha dərindən təhlil etdikdə görürük ki, yaranmış şəraitdə ən böyük zərərlə çıxan ölkə Ukraynadır: “Lakin 2007-ci ildə Münhendəki təhlükəsizlik konfransında Putin tezislərini elan etmişdi. Orada Ukraynanın NATO üzlüyünü və s. qeyd etmişdi. Yəni NATO-nun Rusiya ilə sərhədi, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə birlikdə.
Rusiyada Ukrayna hakimiyyətinin dəyişdirilməsinə nail ola bilmədi. Çünki istəyirdilər Kiyevdəki bütün rejimi dəyişdirsinlər, o da alınmadı. Rusiya öz qırmızı xəttini Ukraynanın şərqindən çəkmək məcburiyyətində qaldı. Təbii bu, demoqrafiq, insani, humanitar, iqtisadi baxımdan ölkələrə, yəni Ukraynaya da, Rusiyaya da böyük ziyan vurdu. Ancaq danışıqlar məsələsində çox ağrılı məqamlar da olacaq. Yəni qarşılıqlı güzəştlər. Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin bir qismindən geri çəkilməsini istəyəcək”.

“Ukrayna üçün əlverişsiz danışıqlar müstəvisi var”

Politoloq Ukraynanın gələcəyi ilə bağlı xeyli suallar olduğunu deyib: “Aydın məsələdir ki, Ukrayna artıq NATO üzvlüyünü düşünməməlidir. ABŞ-nin mövqeyi birmənalıdır. Hazırda ABŞ-nin əsas qlobal hegemoniyasını davam etdirməsi baxımından birinci dərəcəli məsələ Çinlə münasibətlərdir. ABŞ Rusiyanı ən azından neytrallaşdırıb Çinlə məşğul olmaq istəyir. O baxımdan da görünən odur ki, Rusiyaya xeyli güzəştlər olacaq. Ancaq təbii ki, mütləq bir güzəştdən söhbət getmir. Çünki bunun bir tərəfi də ABŞ və Avropanı maraqlandırır. Ukraynanın total məğlubiyyəti, eyni zamanda, Avropanın və Qərbin gələcəyi baxımından da çox arzuolunmaz məsələdir. Ona görə də yəqin ki, kompromis variantlar üzərində düşünüləcək. İstanbul razılaşması əldə olunmuşdu. Ona sonradan böyük dövlətlər - İngiltərə, ABŞ müdaxilə edərək imkan vermədilər. Əslində o çox daha məqbul bir atəşkəs anlaşması idi və Ukraynanın da maraqlarına cavab verirdi, ancaq bu gün gəlinən nöqtədə Ukrayna üçün əlverişsiz danışıqlar müstəvisi var. Proses gedir və mürəkkəb, ağrılı bir proses olacağı dəqiqdir”.

“Tramp Ukrayna ərazilərinin itkisi hesabına sülhə gedəcək”

Siyasi şərhçi Turan Rzayev Hakan Fidanın dediklərində həqiqət olduğunu bildirib: “Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək və ya müəyyən bir vaxtadək təxirə salmaq istəyir. Bunu da hazırkı danışıqlar prosesi ilə reallaşdıracaq kimi görünür. Amma burada ciddi bir sual yaranır. Tramp bunu necə edəcək? Çünki Rusiya işğal etdiyi ərazilərdən çıxmaq niyyətində deyil. Ən azından bu, o versiyanı ortaya çıxarır ki, Tramp Ukrayna ərazilərinin itkisi hesabına sülhə gedəcək”.

“Atəşkəs razılaşmasına gedilə bilər”

T.Rzayev qeyd edib ki, sülh müqaviləsindən daha çox atəşkəs sazişi imzalana bilər: “Hətta bunu müqayisə üçün Azərbaycan-Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəsə bənzədə bilərik. Tam elə olmasa da, ona bənzər bir format ola bilər. Yəni Tramp başa düşür ki, Putin hakimiyyətdə olduğu müddət ərzində bu məsələdə yekdil bir qərar qəbul etmək alınmayacaq. Yəni sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Ona görə də mövcud status-kvonu qoruyaraq atəşkəs razılaşmasına gedilə bilər. Bu, beynəlxalq hüquqa zidd deyil. Prinsipcə, Azərbaycan da, Ermənistan da həmin dövrün şərtləri daxilində status-kvonu saxlamaqla atəşkəs imzaladılar. Ancaq bu o demək deyil ki, dünya birliyi Qarabağı Ermənistan ərazisi kimi tanıdı. Tanımadı və Azərbaycan 30 ildən sonra münaqişəni həll etdi. İndi Ukrayna bunu nə qədər qəbul edəcək məsələsi var. Tramp tələsik atəşkəs əldə edib fərqli maraqlar zəmnində istiqamətlərə yönəlməyə çalışır. Məsələn, Tramp Arktika regionu, Yaxın Şərq və Çinlə bağlı məsələlərə fokuslanmaq istəyir. Bunun üçün də Ukrayna müharibəsi ən azından indiki məqamda dayanmalıdır”.
Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Fevral 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri