Avropanın 3 klubu bu hücumçuya görə Qarabağ la əlaqə saxlayıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Millinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə yeni müştəriləri ortaya çıxıb.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının üç təsnifat mərhələsində göstərdiyi oyun gənc forvardın elçilərinin sayını artırıb.
Son olaraq Avropanın üç ölkəsindən ona təklif gəlib. İsveç, Danimarka və Polşa klublarının menecerləri "Xəzər Lənkəran"ın yetirməsinə görə "Qarabağ"la əlaqə saxlayıb.
"Köhnə dünya"nın nümayəndələri Axundzadənin müqavilə şərtləri və təzminatla maraqlanıb.
Nərimanı 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından da istəyənlər var idi. Ərəblər "Qarabağ"da aylıq maaşı 12 min manat olan hücumçuya üç dəfə artıq ödəmə etməyə hazır idi.
Səbəbkar yarımadadan gələn dəvəti müsbət cavablandırmağa meyl göstərsə də, "köhlən atlar" danışıqların rəsmiyyət qazanmasına razılıq verməmişdi.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















