Avropanın 3 nəhəngi Arda üçün əlaqə saxladı Real ı qarışdıran transfer
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid"in Çempionlar Liqasında "Mançester Siti" ilə qarşılaşmasında forma şansı əldə etməyən Arda Güler komandadan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, Avropanın üç böyük klubu gənc oyunçunun xidmətində maraqlıdır. İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Liverpul”, “Bavariya” və “Mançester Yunayted” Arda Güleri transfer etmək üçün əlaqə saxlayıb. Xəbərdə deyilir ki, "Liverpul" Arda "Fənərbaxça"dan ayrılmadan əvvəl onunla maraqlansa da, “Real Madrid”in təklifindən sonra geri çəkilib. İngiltərə nəhənginin yenidən Ardanı transfer etmək istədiyi deyilir.
Məlumata görə, "Bavariya" da Arda Gülerin bir mövsümlük icarə əsasında heyətinə qatmağı nəzərdən keçirir. Bildirilir ki, "Mançester Yunayted" futbolçunu birdəfəlik transfer etmək istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 Fevral 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















