Icma.az
close
up
RU
Avropanın başı Ukrayna üçün təminatlar axtarmağa qarışıb, Putin isə… Bloomberg

Avropanın başı Ukrayna üçün təminatlar axtarmağa qarışıb, Putin isə… Bloomberg

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edən Avropa liderləri getdikcə daha çox narahat olurlar, çünki görünür, Rusiya Ukraynaya yeni hücuma hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Nəşrin məlumatlı anonim mənbələrə istinadən yazdığına görə, ötən həftə Tulonda keçirilən Təhlükəsizlik Şurasının iclasında söhbət Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında Rusiya qoşunlarının toplaşmasından gedib. Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü bəyan edib ki, Rusiya şəhərin hüdudlarından kənarda cəbhə xəttinə 100 min əsgər yerləşdirib.

Bu arada Parisdə 4 sentyabrda "İstəklilər Koalisiyası”nın görüşü planlaşdırılıb. Mənbələrin məlumatına görə, bu görüşün məqsədi Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı danışıqları Avropa səviyyəsində yekunlaşdırmaqdır. Bundan sonra Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla söhbətinin nəzərdə tutulduğu bildirilir. Mənbələrin sözlərinə görə, Avropalılar yəqin ki, ABŞ-ın bu təminatlara töhfəsi ilə bağlı konkret öhdəlikləri müəyyənləşdirmək və Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları gücləndirməyə təhrik etmək istəyirlər, çünki Vladimir Putin yaxın vaxtlarda Zelenski ilə görüşməyi planlaşdırmır. Fransızlar isə Trampa çatdırmaq istəyirlər ki, Avropa Ukraynanın dəstəklənməsində öz töhfəsini verib və o, Kremlin üzərinə təzyiqi artırmaqla bağlı hədəsini yerinə yetirməlidir.

Gözlənilir ki, Parisdəki görüşdə Niderland və Polşanın baş nazirləri, Ukrayna prezidenti Zelenski iştirak edəcək, Böyük Britaniya, İtaliya və Almaniyanın liderləri, eləcə də ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkof isə videokonfrans vasitəsilə qoşulacaqlar. 

Bu arada yüksək vəzifəli Avropa diplomatı bildirib ki, ötən ayın əvvəlində müşahidə olunan Ukraynadakı vəziyyətin diplomatik yolla həllinə dair səylərin impulsu azalıb, danışıqlar isə dalana dirənib, çünki Rusiya Ukrayna ərazisində yeni hücuma hazırlaşır. 

Məqalədə deyilir ki, Rusiyanın yorucu yay hücumu hələlik Kreml üçün əhəmiyyətli ərazi qazancına gətirib çıxarmayıb: may-avqust ayları ərzində Rusiya ordusu cəmi 2033 kvadrat kilometr, yəni Ukraynanın ümumi ərazisinin 0,3 faizini ələ keçirib.

Bundan başqa, qeyd olunur ki, Rusiya hava hücumlarını da gücləndirib. Trampın müharibəni dayandırmaq səyləri fonunda iyul ayı 2022-ci ilin mayından bəri Ukraynada mülki əhali üçün ən ölümcül ay olub: BMT-nin məlumatına görə, həmin ayda 589 nəfər həlak olub, 1152 nəfər isə yaralanıb.

Daha əvvəl UNIAN xəbər vermişdi ki, payızda Rusiya dörd istiqamətdə güclü hücuma başlaya bilər. Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Sergey Krivonosun fikrincə, Rusiya kifayət qədər güclü şəkildə Kupyansk, Lıman, Pokrovsk istiqamətlərində və ola bilsin ki, Zaporojye istiqamətində hücum edəcək.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Tkaçukun sözlərinə görə, hazırda ruslar Kupyansk yaxınlığında yarma əməliyyatı üçün ehtiyat qüvvələr toplayırlar. O bildirib ki, şəhər üçün böyük təhlükə var, çünki düşmən orada çoxlu ehtiyat qüvvələrini cəmləşdirib, "Ştorm-Z” birləşmələrini "ət döyüşləri” üçün istifadə edir, əlavə olaraq yarma üçün moto-piyada qrupunu da cəbhəyə gətirib.

Hərbi ekspert Pavel Narojnının sözlərinə görə isə, Rusiya bir istiqamətə diqqəti cəmləmək istəyir və bu, onun dediyinə görə, Lımanla Pokrovsk arasındakı cəbhə sahəsi olacaq. Rusiyaya bu, Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq üçün lazımdır.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri