Avropanın Gürcüstana təzyiqləri davam edir: Məqsəd xalqı hökumətə qarşı ayağa qaldırmaqdır
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa qonşu Gürcüstanı vizasız səyahət rejiminin ləğvi ilə təhdid etməyə davam edir.
Ancaq bütün Avropa ölkələri bu məsələdə yekdil fikrə malik deyil. Gürcüstan Strateji Planlaşdırmalar Mərkəzinin rəhbəri Levan Mamaladzenin sözlərinə görə, Avropa Parlamenti bunu Gürcüstanda daxili siyasi vəziyyətə təsir göstərmək üçün edir:
"Məqsəd xalqı hökumətə qarşı ayağa qaldırmaqdır. Ancaq bir məsələ var ki, viza rejiminin tətbiqi üçün Avropa ölkələri birlikdə razılığa gəlməlidirlər. İspaniya, Slovakiya və bu kimi digər ölkələr Gürcüstan əleyhinə səs verməyəcəklər. Buna görə də Avropa Parlamenti əleyhimizə qərar qəbul edə bilməyəcək. Avropa ilə əlaqələr ədalətli şəkildə deyil, siyasi maraqlar üzərində qurulub".
Qeyd edək ki, 2017-ci ildən Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş razılaşdırılıb. Son dövrlər isə Brüssellə Tbilisi arasında münasibətlər gərginləşib və vizasız rejimin ləğv edilməsi məsələsi gündəmə gəlib.
Daha ətraflı süjetdə:
Avropanın Gürcüstana təzyiqləri davam edir: "Məqsəd xalqı hökumətə qarşı ayağa qaldırmaqdır"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 İyul 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















