Avropanın media casuslarının ifşa edilməsindən Əli Kərimli niyə narahat olub?
Mövcud fakt ondan ibarətdir ki, bu gün geniş və əhatəli inkişaf dövrünə qədəm qoyan Azərbaycan mətbuatı çətin və ağır dövr keçməli olub. Lakin bütün hallarda çətinlikləri, təpki və təzyiqləri qətiyyətlə aradan qaldırmağı bacaran Azərbaycan medası dünyanın ən inkişaf edən mediasına çevirlib. Azərbaycan dövlətinin dəstəyi KİV-lərin müasir dövrün tələblərinə uyğun olaraq işini qurmasına və fəaliyyət göstərməsinə imkanlar yaradıb. Ulu Öndərimiz Heydər Əliyevin xeyirli, gərəkli media siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə hər cür dəstəyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı və MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və şaxələndirilməsinə yeni imkanlara yaradır. Təəssüflər olsun ki, dövlətin yaratdığı şərait və imkandan sui-istifadə hallarına yol verilir. Yazdığı təhqiredici yazıya, işlətdiyi böhtanlara görə, məsuliyyətə cəlb edilməsində humanistliyə yol veriləcəyini anlayan bəzi jurnalistlər bu istiqamətdə sərhəd tanımırlar. Vaxtaşırı təhqirlərlə dolu yazılar yazır, internet TV-lərdə şər və böhtan xarakterli fikirlər yayırlar. Dəhşətlisi ondan ibarətdir ki, onları bəzən siyasi partiya funkisionerləri istiqamətləndirirlər. Dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin və digərlərinin sifarişləri əsasında bəzi jurnalistlər, media orqanları, internet TV-lər dövlətin müsbət imicini ləkələmək üçün qarayaxma kampaniyası təşkil edirlər. Xarici məkrli qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanan “Abzas Media”, “Toplum” TB, “Meydan”TV kimi qurumlar Azərbaycanda görülən möhtəşəm işlərə kölgə salmaq, insanlar arasında çaşqınlıq yaratmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə edirlər. Təbii ki, qarşılığında xarici fondlardan milyon dollarla maliyyə vəsaitləri alırlar. Təbii qanundankənar maliyyə vəsaiti almaq cinayət məsuliyyəti yaradır.
Medai casusu iş başında yaxalanırsa...
Haqlı olaraq da belə yol tutanlara qarşı hüquqi tədbirlər görülməlidir və görülür də. “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. Bu günlər isə “Meydan” TV-nin əmıəkdaşları Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş, Natiq Cavadlı, Ülvi Tahirov, Ramin Deko və Xəyalə Ağayeva barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın və Avropanın qaranlıq dairələrinin media casuslarının həbs edilməsindən sonra Əli Kərimli, Cəmil Həsənli narahat olmağa başlayıblar. Hər gün mənasız açıqlamlar verir, sosial şəbəkələrdə paylaşımlar etməklə öz ağıllarınca Meydan TV, “Abzas Media” və “Toplum” TV-nin həbs edilən əməkdaşlarına dəstək verdiklərini nümayiş etdirlər. Əslində isə, özlərinin onlarla işbirliyində olduqlarını göstərmiş olurlar. Yəni aldıqları maliyyə vəsaitindən onlara pay düşüb və həmin payın qarşılığında nəsə etməyə çalışırlar. Nədən bəzi xarici fonlar, təşkilatlar kislərinin ağzını açıb, Azərbaycan daxilində pozucu yol tutmağa, təxribatlar törətməyə çalışanlara maliyyə vəsaitləri ayırırlar? ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri “Abzas Media” xəbər portalının rəhbərliyinə “demokratik inkişafa dəstək vermək” adı altında böyük məbləğdə pullar ödəyiblər. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər.
Alınan maliyyə vəsaitləri şəxsi ehtiyaclara və təxribatların yayılmasına xərclənib
İstintaq materialları ilə sübuta yetirilib ki, “Abzas Media” xəbər portalının rəhbərliyi “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Bu məqamda, həmin "demokratiya göyərçinlərini" oxuculara daha yaxından tanıtmaq yerinə düşər. Deməli, “Aleks” kod adlı şəxs [email protected] mail ünvanı ilə qeydiyyatdan keçmiş Aleksandra Kirbidir. O Londonda “Birmingem” və “Jagiellonian” universitetlərində təhsil alıb, 2015-ci ildən “Avropa Demokratiyaya Yardım Fondu”nun baş proqram meneceridir. Məqalə yazılan dəqiqələrdə şəxsiyyəti dəqiqləşdirilən “Daisy” isə [email protected] mail ünvanı ilə yuxarıda qeyd olunan platformada qeydiyyatdan keçib. O, Ukraynada anadan olub, Polşada “Natolin” Avropa Kollecində təhsil alıb, hazırda isə Brüssel şəhərində yaşayır, “Avropa Demokratiyaya Yardım Fondu”nda işləyir. Görünən odur ki, səfərlər və görüşlər bizim "qəhrəmanlar" üçün kifayət qədər uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Müxtəlif görüşlərdə maliyyə fırıldaqçılıqlarının sirlərinə yiyələnən Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb.
Bəs özünü azad, müstəqil adlandıran "Abzas Media"çılar min cür yolla nağdlaşdırdıqları vəsaiti hansı xidmətlərinə görə alıblar? Bu suala cavab vermək üçün "azad söz xiridarlarının" 2020-2023-cü illərə aid aşkarlanmış sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı layihəni həyata keçirdikləri və bunun müqabilində nə aldıqlarını görmək kifayətdir. Başlayaq yenə də USAİD-dən. Bütün Qərb sifarişlərini yerinə yetirənlərin hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb.
Araşdırmalar və əldə olunan məlumatlar onu bir daha təsdiq edir ki, ABŞ və Qərbin qaranlıq dairələri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Söz yox ki, agentura şəbəkəsində yalnız jurnalistlər, özlərini bloger kimi təqdim edənlər yer tutmurlar, onların arasında QHT-nümayəndələri, siyasi partiya rəhbərləri mövcuddur. Ə.Kərimlinin, C.Həsənlinin, T.Yaqublunun və digərlərinin hay-küy qaldırmaları torbada pişiyin olmasından xəbər verir. Digər tərəfdən C.Həsənli özü açıq şəkildə etiraf etmişdir ki, o, hər ay “Soros” fondundan 200 ABŞ dolları alıb. Əminəm ki, hüquq-mühafizə orqanları etirafedici açıqlamalarla çıxış edənləri sorğu-sual edəcəklər, bu halda şübhəsiz ki, çoxsaylı faktlar üzə çıxar. Daha doğrusu, istintaqçılar Əli Kərimlini, Cəmil Həsənlini və digər dağıdıcı müxalif ünsürləri iş üzrə istintaqa cəlb edib, onları dindirsələr ciddi və əhəmiyyətli məlumatlar üzə çıxarmış olarlar.
İLHAM ƏLİYEV