Icma.az
close
up
RU
Avropanın qaz bazarında Azərbaycan üçün əlverişli şərtlər formalaşır

Avropanın qaz bazarında Azərbaycan üçün əlverişli şərtlər formalaşır

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevral ayında Avropada qazın orta qiyməti yanvarla müqayisədə 5 faiz artaraq 1000 kubmetr üçün təxminən 542 dollar təşkil edib.

AZXEBER.COM London ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, yanvasrın 31-də qiymət 577 dollar olubsa, fevralın son günündə - 28-də 17,7 faiz aşağı - 475 dollar təşkil edib.

Fevralın sonuncu həftəsində qiymətlərin düşməsinə səbəb ABŞ-la Rusiya arasında danışıqların başlanması olub.

Avropada qazın qiyməti keçən ilin payızından etibarən tədricən artmağa başlayıb. 2024-cü ilin sentyabrında orta qiyməti1000 kubmetr üçün təxminən 416 dollar təşkil edib (illik müqayisədə 0,3 faiz az), oktyabrda - 456 dollar (-11 faiz), noyabrda – 491 dollar (-4 faiz), dekabrda - 489 dollar (+20 faiz), 2025-ci ilin yanvarında - 517 dollar (+53 faiz), fevralda - 542 dollar (+88 faiz).

Fevral ayı ərzində Avropada qaz qiymətləri qarışıq dinamika nümayiş etdirib. Ayın birinci yarısında kotirovkalar 630 dollar həddinə yaxınlaşaraq iki ilin ən yüksək səviyyəsinə çatıb. Buna əvvəlki illərdən daha sərt hava şəraitində anbarlardan son 5 ildə rekord həcmdə qaz götürülməsi, eyni zamanda külək enerjisi istehsalının minimuma düşməsi səbəb olub. Külək enerjisinin Aİ elektrik enerjisi istehsalında payı yanvarda orta hesabla 21 faiz, fevralda isə cəmi 13 faiz təşkil edib. Bu, elektrik enerjisi istehsalı üçün qaza tələbatın artmasına daha da təkan verib.

Bununla belə, ayın sonuna kimi regionda havaların istiləşməsi və Rusiya ilə ABŞ arasında danışıqların başlaması fonunda qazın qiymətində kəskin dönüş müşahidə olunub.

Gas Infrastructure Europe-nin (GIE) məlumatına əsasən Avropada yeraltı anbarlardakı qaz ehtiyatları üç ildən çox müddətdə ilk dəfə olaraq 38 faizə qədər azalıb İstilik mövsümünün əvvəlindən Aİ anbarlardan təxminən 67 milyard kubmetr qaz götürüb.

GIE-nin məlumatına görə, martın 1-də Aİ ölkələrində yeraltı qaz anbarlarından 388 milyon kubmetr qaz götürülüb, onlara cəmi 23 milyon kubmetr vurulub. Hazırda anbarlarda 42,4 milyard kubmetr qaz var.

Fevral ayında terminallardan Avropa qaz nəqli sisteminə LNG tədarükü rekord olub. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 49 faizi ilə yüklənir.

Anbarlarda qazın kəskin azalması Avropa bazarında onların doldurulması mövsümündə - aprel-avqust aylarında qaz qiymətlərinin daha da bahalaşmasını şərtləndirəcək.

Qeyd edək ki, Azərbaycan Avropanın qaz təminatçılarından biridir. 2024-cü ildə Avropa ölkələrinə 13 milyard kubmetrə yaxın qaz satılıb. Qiymətlərin yüksəlməsi Azərbaycanın gəlirlərinin artması baxımından müsbət amildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Mart 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri