Avropanın “siçan pişik” OYUNU Ukraynanı necə fəlakətə SÜRÜKLƏYİR?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı ölkələri Ukraynaya qeyri-müəyyən vədlər verməklə Kiyevlə sanki oyun oynayırlar.
Bir sıra hallarda ittifaqa rəhbərlik edənlər Ukraynanın Aİ-yə qəbulunu vacib sayaraq, bunun tez bir zamanda həyata keçməsinə çalışacaqlarını bəyan edirlər. Sonrakı açıqlamalarında isə onlar əvvəlki fikirlərindən geri çəkilərək, Kiyevin quruma qəbul olunmağa hələ tam hazır olmadığını bildirirlər.
Bu günlərdə Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna 2027-ci ilə qədər Avropa Birliyinə qoşula bilməyəcək. O bunu mümkünsüz hesab edib.
MÖVZU İLƏ BAĞLI:
Tarixi görüşlə bağlı İLK SİQNALLAR – Zelenski Putinlə görüşəcək? – EKSKLÜZİV
Mertsin sözlərinə görə, Aİ üzvlüyünə bütün namizədlər lazımi meyarlara cavab verməlidir və Ukrayna da istisna deyil.
Ölkənin tələblərə cavab verməyə başlaması üçün ən azı bir neçə il keçməlidir.
Xatırladaq ki, bir neçə gün əvvəl Amerika, Ukrayna və Avropa rəsmiləri bildiriblər ki, Ukraynanın sülh planının bir hissəsi olaraq 2027-ci ildə Aİ-yə qoşulması müzakirə olunur.
Bundan ruhlanan Ukrayna prezidenti Volodimir Zelenski Aİ-yə daxil olmağın Kiyev və Avropa üçün əsas təhlükəsizlik qarantiyası olduğunu deyərək, 2027-ci ildə üzvlüklə bağlı tərəfdaşların dəstəyinə ümid etdiyini bildirib. Lakin Davos Forumunda Zelenskinin ABŞ Prezidenti Donald Trampa dəstək verərək, Aİ-ni Kiyevə zəif dəstək göstərməkdə və açıq mövqe bildirməkdən çəkinməkdə ittiham etməsi fonunda birliyə daxil olan bir sıra ölkələr Ukrayna ilə üzvlük məsələsində “siçan-pişik oyunu” oynamağa başlayıblar.
Bu isə o deməkdir ki, “köhnə qitə” “nə “hə”, nə də qəti “yox” deməməklə Ukraynanı əslində fəlakətə sürükləyirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ukrayna ətrafında gedən proseslər tədricən açıq şəkildə komediya, məsxərə halını alır:
“Bütün güc sahibləri özlərini elə aparır ki, guya Ukrayna xalqının təəssübünü çəkir və onlara kömək etmək istəyirlər. Əslində isə onlar öz aralarında müəyyən sövdələşmələrə gedirlər. Bu isə Ukrayna üçün yaxşı heç nə vəd etmir”.
Hömsəhbətimizin fikrincə, indiki hada Kiyevin Aİ-yə qatılması Ukrayna üçün heç nəyi dəyişməyəcək:
“Ölkənin bütün strateji obyektləri, bütün infrastrukturu dağılıb. Ukrayna xalqı bədbəxt vəziyyətə düşüb ki, onun da əsas günahkarı Avropa İttifaqıdır. Aİ prosesdə ən mənfur mövqedədir. Onlar müharibənin dayanmasında maraqlı deyillər və onların siyasəti anlaşılan deyil. Bu kimi qurumlar riyakar və rüşvətxorların qərar tutduqları meydandır.
Moskva da onlara məhəl qoymur. Çünki başa düşür ki, London, Paris və Berlinin istəyi Rusiyanın müharibə vasitəsilə getdikcə zəiflədilməsinə nail olmaqdan ibarətdir”.
Ukrayna xalqının böyük faciəsi...
Politoloq qeyd edir ki, Ukrayna xalqının böyük faciəsi onların radikal qanadın təhdidilə Qərbə inanması olub:
“Beləliklə də ölkəni bada verdilər. Ona görə indi də bu bədbəxt ölkə üzərində faciəvi eksperimentlər davam etdirilir. Onun da başında məhz Aİ dayanır. İndi də üzvlük oyunu ilə Ukraynanı fəlakətə sürükləməklə məşğuldurlar. Bu isə Ukrayna üçün növbəti uçurum olacaq”.
Rüfət Sultan, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















