Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Konstitusiya üzərində “siçan pişik oyunu”?

Konstitusiya üzərində “siçan pişik oyunu”?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Sülh prosesini süni şəkildə ləngitmək keçmiş “fənd”ləri yada salır

Ermənistanda konstitusiya islahatı ölkə siyasətinin mərkəzi mövzularından birinə çevrilib. Əslində, məsələ təkcə hüquqi sənədin yenilənməsində deyil. Bu ölkənin gələcək inkişaf modeli, regional siyasətdə özünə biçdiyi rol və qonşularla münasibətlər sistemini necə quracağı barədə strateji qərarlardır. Konstitusiyada hələ də “Dağlıq Qarabağ” ifadəsinin qalması, Azərbaycan ərazilərinə müddəaların aradan qaldırılmaması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Ermənistan siyasi dairələrində aparılan müzakirələr göstərir ki, konstitusiya dəyişikliyi tələbi ölkənin gələcək siyasi mənzərəsini müəyyən edən vacib elementdir. Qonşu dövlətlə sülh müqaviləsi imzalamaq istəyən hökumət, ilk növbədə, daxili hüquqi bazanı buna uyğunlaşdırmalıdır. Bakı, öz növbəsində, aydın siqnal verir: əgər Ermənistan regionda dayanıqlı sülh istəyirsə, ərazi iddialarına son qoymalıdır. Əks halda, bu məsələ sadəcə qeyd olunacaq və Azərbaycan tərəfi öz hərbi-siyasi strategiyasını həmin reallığa uyğun formalaşdıracaq.

Təəssüf ki, bu gün Ermənistanda konstitusiya məsələsində fərqli fikirlər var. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yerli mediaya açıqlamasında Vaşinqtonda konstitusiya ilə bağlı heç bir müzakirənin aparılmadığını və İrəvanın üçüncü tərəf qarşısında onu dəyişmək öhdəliyinin olmadığını vurğulayıb. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan isə bildirib ki, rəsmi İrəvan konstitusiyada problem görmür. Onun sözlərinə görə, baş qanunun dəyişdirilməsi məsələsi ölkənin daxili işidir və hər hansı xarici tərəfin buna müdaxilə hüququ yoxdur. Digər tərəfdən, baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında və jurnalistlərə müsahibəsində konstitusiya islahatları barədə danışarkən qeyd edib ki, artıq hökumətin gündəliyində yeni konstitusiyanın hazırlanması məsələsi var. O, bu proses üçün son tarix kimi 2027-ci ili göstərib və layihənin hazırlandıqdan sonra referendum yolu ilə qəbul ediləcəyini bildirib.

Bu ziddiyyətli bəyanatlar Ermənistan daxilində siyasi havanın nə qədər bulandığını göstərir. Hakim dairənin bəzi üzvləri konstitusiya məsələsini ölkənin daxili işi kimi təqdim etməyə çalışır, digər tərəfdən, baş nazirin verdiyi açıqlamalar konstitusiyada ərazi iddiası olduğunu, lakin prosesin uzadılacağını və siyasi spekulyasiyalara açıq qalacağını göstərir. Bu, həm Ermənistan cəmiyyətində, həm də onun regional tərəfdaşlarında suallar doğurur. Əgər konstitusiyada problem yoxdursa, nəyə görə onun dəyişdirilməsinə dair konkret tarix verilir və referendum planlaşdırılır? Bu ritorika faktiki olaraq sülh sazişi prosesini ləngidən əsas amillərdən birinə çevrilir və İrəvanın məsuliyyəti öz üzərindən atmaq cəhdi kimi qiymətləndirilir. Nəticədə, Ermənistan rəhbərliyinin təzadlı mövqeyi regionda gərginliyin azaldılmasına deyil, onun artmasına zəmin yaradır.

***

Baş nazir Nikol Paşinyanın qarşısında duran əsas çətinlik ondan ibarətdir ki, eyni vaxtda həm revanşist elektoratı, həm də sülh tərəfdarlarını razı salmaq mümkün deyil. Hakimiyyət hər iki tərəfə fərqli mesajlar göndərməklə, sanki “siçan-pişik oyunu” aparır. Fəqət bu taktika nə daxildə, nə də xaricdə etimad qazandırır. Siyasətdə yarımçıq mövqelər risklidir: ya konkret addım atılmalı, ya da nəticələrə hazır olunmalıdır.

Konstitusiya islahatı erməni cəmiyyətinə bir çağırışdır. İllərlə formalaşmış miflərdən, “milli müstəsnalıq” ideyasından imtina etmək və reallığı qəbul etmək çağırışı. Bu, emosional qərar deyil, rasional zərurətdir. Yalnız bu addımı atmaqla Ermənistan uzunmüddətli sülhə real ümid qazana bilər.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ərazi iddialarının ləğvi regionda sülhün əsas şərtidir: “Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”. Dövlət başçısının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi bu fikirlər bir daha göstərir ki, rəsmi Bakı üçün sülh prosesi real nəticələrə hesablanmış siyasi iradə məsələsidir. Azərbaycan liderinin mövqeyi ortadadır: Ermənistan hüquqi və konstitusion müstəvidə də Azərbaycana qarşı iddialarına son qoymalıdır. Bu, həm regionda yeni əməkdaşlıq formatlarının qurulması, həm sərhədlərin delimitasiya və demarkasiyası, həm də iqtisadi inteqrasiyanın sürətlənməsi üçün əsas şərt kimi çıxış edir. Sülh prosesini süni şəkildə uzadan tərəf Bakı deyil, məhz İrəvandır və məsuliyyətin ünvanı da bəllidir.

***

Beləliklə, hazırkı siyasi mənzərəni üç ssenari üzrə qiymətləndirmək olar:

Pozitiv ssenari: Ermənistan hökuməti konstitusiya islahatına cəsarətlə gedir, ərazi iddialarını tam ləğv edir və sülh müqaviləsinə imza atır. Bu halda ölkə regional iqtisadi layihələrə qoşularaq sərmayə axını və siyasi sabitlik qazanır.

Durğunluq ssenarisi: Hakimiyyət daxili siyasi çəkişmələr ucbatından prosesi ləngidir, konstitusiya islahatı qeyri-müəyyən vaxta qalır. Bu, həm Azərbaycanın səbrini tükəndirir, həm də Qərbdə İrəvana olan inamı azaldır.

Mənfi ssenari: Paşinyan və komandası islahatdan tam imtina edir, kənar qüvvələrə, revanşist dairələrə güzəştə gedir. Bu halda Ermənistan regional layihələrdən kənarda qalır, yeni izolyasiya mərhələsinə qədəm qoyur və siyasi sabitlik risk altına düşür.

Ermənistan bu gün tarixi seçim qarşısındadır. Ya keçmişin kölgəsindən çıxaraq regionun bir parçasına çevrilmək, ya da illüziyaların girovu kimi yenidən böhranlara sürüklənmək.

Fuad ABDULLAYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın konstitusiya dəyişikliyini “Ermənistanın daxili işi” kimi təqdim etməsi və Azərbaycanın bu prosesə qarışmaması barədə açıqlaması, təbii ki, regionda gedən sülh prosesinə mənfi təsir göstərən siyasi bəyanatdır. Bu mövqe xüsusilə son aylar Əbu-Dabi və Vaşinqtonda aparılan danışıqlar nəticəsində yaranmış müsbət sülh atmosferini zədələyir və iki ölkə arasında sülh müqaviləsinin imzalanması perspektivini zəiflədir.

2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi hazırkı hakimiyyətin reytinqinin kifayət qədər aşağı olması nəzərə alınmalıdır. Bu kontekstdə, Ermənistan Ədliyyə Nazirliyinin açıqlamasını ölkənin daxili siyasi gündəminə xidmət edən addım kimi qiymətləndirmək olar. Paşinyan hökumətinin reytinqi düşdüyü dövrdə bu cür bəyanatlar hakimiyyətin populyarlığını qorumaq cəhdinə bənzəyir. Başqa sözlə, Ermənistan ədliyyə nazirinin açıqlaması daha çox populist xarakter daşıyır və regional maraqlardan çox daxili siyasətə xidmət edir.

Nəticə etibarilə, Ermənistanın konstitusiyada dəyişikliyi gecikdirməsi və bunu yalnız daxili məsələ kimi təqdim etməsi sülh prosesinə və regional təhlükəsizliyə zərbə vurur, həmçinin ölkənin uzunmüddətli maraqlarına mənfi təsir göstərir. Bakı üçün isə prinsip dəyişməz olaraq qalır: sülh müqaviləsi yalnız Azərbaycanın ərazi bütövlüyü tanındıqdan və Ermənistanın müvafiq hüquqi sənədlərindəki iddialar aradan qaldırıldıqdan sonra mümkündür.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri