Icma.az
close
up
RU
Avropanın strateji cəbhəsi “çatlayır” Putin üçün yeni şans

Avropanın strateji cəbhəsi “çatlayır” Putin üçün yeni şans

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Avropa liderlərinə qarşı sərt ritorikası və siyasi təzyiqləri transatlantik münasibətlərdə yeni gərginlik dalğası yaradıb. Ağ Ev rəhbərinin Avropaya qarşı sərgilədiyi bu davranış, onun “qoca qitə”nin müdafiəsində məsuliyyət daşımadığına dair fikirləri yenidən gündəmə gətirib. Trampın NATO ölkələrinə açıq şəkildə “ABŞ-ın pulunu xərcləməyəcəyik” mesajı verməsi Avropanı təhlükəsizlik baxımından ABŞ-dan daha da asılı vəziyyətə salır.

Analitiklər hesab edirlər ki, Tramp bu ritorika ilə həm Avropa liderlərinə “eyni səviyyədə olmadıqlarını” xatırladır, həm də onları Rusiya ilə təkbətək qalmağa vadar edir. Bu isə NATO daxilində mövcud olan birliyin zəifləməsi və Qərbin strateji cəbhəsində çatların yaranması ilə nəticələnə bilər.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, əslində Tramp yeni bir yanaşma sərgiləmir:

“O, əvvəldən izolyasionist mövqedə idi. Yəni bütün dünyaya açıq şəkildə bəyan edirdi ki, ABŞ-ın maraqları hər şeydən üstündür və birincidir. Bu yanaşmanı isə hələ seçki kampaniyası dövründən nümayiş etdirirdi.

Bu gün Tramp Ukraynada atəşkəsin bərqərar olunmasını istədiyini deyir, lakin ABŞ resurslarının və silahlarının bu müharibəyə daha sərf edilməsini düzgün saymır. Avropa ölkələri isə münaqişənin davam etməsində maraqlıdır. Təbii olaraq, Tramp da bildirir ki, əgər müharibənin davamını istəyirsinizsə, o zaman xərcləri də özünüz qarşılamalısınız.

Hazırda ABŞ Avropa İttifaqı ölkələrinə yalnız silah satmağı təklif edir. Bundan kənarda ABŞ Qitənin təhlükəsizliyi üçün əlavə öhdəlik götürmək istəmir. Tramp istəyir ki, Avropa ölkələri təhlükəsizlik məsuliyyətini öz üzərlərinə götürsünlər.

Həmçinin oxuyun:

Vaşinqtonda kritik görüş – Ukrayna müharibəsi başa çatır?

Turab Rzayev

Əslində, onun dediklərində qeyri-adi heç nə yoxdur. O bir daha sübut edir ki, dünyada tək güc, tək qütb var, o da ABŞ-dır. Fərqli bölgələrdə, məsələn, İran, Çin və Rusiya ilə gərginliklər yaşansa da, bu, ABŞ-ın qlobal hegemonluğunu şübhə altına almır. Vaşinqtonda baş tutan son görüşdə ortaya çıxan fotolar da bunu bir daha göstərdi.

Trampın Avropa liderlərini qarşısına düzüb, bir növ, danlaması çox ciddi siyasi mesaj idi. Zelenskini demək olar ki, Ağ Evdən “yola saldığı” görüşdən sonra Avropa liderləri Londonda bir araya gələrək Kiyevə dəstək göstərməyə çalışsalar da, Tramp bu ölkələrin liderlərini növbəti dəfə özü sərt şəkildə tənqid etdi. Bununla da həm beynəlxalq gücünü, həm də daxildəki mövqeyini bir daha nümayiş etdirdi”.

Politoloq qeyd edib ki, Avropa ölkələrinin Trampa qarşı çıxmaq və ya alternativ seçim imkanı yoxdur:

“Ona görə də Vaşinqtonun diktəsi ilə hərəkət etmək məcburiyyətindədirlər. Hazırkı mərhələdə Avropa ölkələri güclərini birləşdirərək qitənin təhlükəsizliyini təmin etmək üçün hərbi xərcləri artırmalıdır. Bununla yanaşı, Türkiyə ilə yaxınlaşmaq variantı da masadadır. Çünki Türkiyə ordusu NATO-nun ən güclü ordularından biridir və bu da ehtimal edilən çıxış yollarından biri ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Avqust 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri