Icma.az
close
up
RU
Avropanın tarazlığı sınağa çəkilir: Sanksiyalar əlavə risk mənbəyinə çevrilir

Avropanın tarazlığı sınağa çəkilir: Sanksiyalar əlavə risk mənbəyinə çevrilir

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq təkcə Moskvanın iqtisadi imkanlarına təsir edən alət kimi yox, Avropanın öz daxili iqtisadi və siyasi tarazlıqlarını sınağa çəkən faktor kimi müzakirə olunur. Enerji qiymətlərinin artması, sənaye sektorunda xərclərin yüksəlməsi və sosial narazılıqlar fonunda Aİ daxilində sanksiya siyasətinə münasibət getdikcə daha çox suallar doğurur.

İtaliya Baş nazirinin müavini Matteo Salvininin açıqlaması da bu narahatlığın artıq rəsmi səviyyədə səsləndirildiyini göstərir. Bu kontekstdə əsas müzakirə mövzusu sanksiyaların real effektivliyi ilə onların Avropa iqtisadiyyatına vurduğu zərərin balansıdır. Məsələ təkcə Rusiya ilə münasibətlər deyil, Avropanın gələcək enerji strategiyası və siyasi qərarvermə mexanizmləridir.

Bakıvaxtı.az mövzunu politoloq Züriyə Qarayeva ilə müzakirə edir.

Onun sözlərinə görə, Avropanın Rusiyadan enerji asılılığı sanksiyaların ilkin dizaynında nəzərdə tutulandan daha ciddi struktur problemlər ortaya çıxardı. Qaz və neft tədarükündə alternativlərin qısa müddətdə tapıla bilməməsi sanksiyaları Avropa üçün baha başa gələn qərara çevirdi. Enerji qiymətlərinin artması sənaye sektorunda istehsal xərclərini yüksəltdi və rəqabət qabiliyyətini azaltdı:

“Bu vəziyyət sanksiyaların təsir gücünü asimmetrik hala saldı, yəni yükün bir hissəsi Avropanın öz üzərinə düşdü. Enerji təhlükəsizliyi məsələsi geosiyasi qərarların mərkəzinə keçdi. Nəticədə sanksiyalar təkcə təzyiq aləti yox, eyni zamanda Avropa üçün adaptasiya testi rolunu oynamağa başladı”.

Bu cür açıqlamaların Aİ-Rusiya münasibətlərinin gələcək trayektoriyasına təsirinə gəlincə, politoloq qeyd edib ki, belə açıqlamalar Aİ daxilində vahid mövqenin getdikcə daha çətin qorunduğunu göstərir. Rəsmi səviyyədə sanksiya xətti davam etsə də, pərdəarxası müzakirələrdə daha praqmatik yanaşmalar güclənir. Dediyinə görə, bu, Aİ-Rusiya münasibətlərinin tam normallaşması demək olmasa da, ritorikanın yumşalmasına zəmin yarada bilər. Xüsusilə enerji və ticarət kimi sahələrdə selektiv əməkdaşlıq modelləri gündəmə gələ bilər. Müsahibimiz bildirib ki, Avropa üçün əsas prioritet artıq prinsipial mövqedən çox, iqtisadi dayanıqlığın qorunmasıdır. Bu da münasibətlərin gələcəkdə daha çox texniki və situativ xarakter alacağını göstərir.

Züriyə Qarayeva: Avropa üçün əsas prioritet artıq prinsipial mövqedən çox, iqtisadi dayanıqlığın qorunmasıdır

“İctimai rəy sanksiyaların gündəlik həyata təsiri artdıqca daha tənqidi mövqeyə keçir. Yüksək enerji xərcləri, inflyasiya və sosial rifahın zəifləməsi insanların sanksiyaları birbaşa öz problemləri ilə əlaqələndirməsinə səbəb olur” deyən Z.Qarayeva bildirib ki, bu narazılıq populist və müxalif siyasi qüvvələrin mövqelərini gücləndirir.  Onun sözlərinə görə, hakimiyyətlər isə seçici davranışını nəzərə almadan uzunmüddətli sərt xətti davam etdirməkdə çətinlik çəkir. Nəticədə siyasi qərarlar daha balanslı və ehtiyatlı şəkildə formalaşdırılır. Bu proses sanksiya siyasətinin gələcəkdə daha çevik olacağına işarə edir.

Bəs Aİ üçün sanksiyalar uzunmüddətli strategiya kimi davamlıdırmı?

Həmsöhbətimiz qeyd edib ki, uzunmüddətli perspektivdə sanksiyalar təkbaşına davamlı strategiya sayıla bilməz. Çünki iqtisadi və sosial yük artdıqca daxili siyasi müqavimət güclənir. Aİ bu siyasəti ya əlavə kompensasiya mexanizmləri ilə dəstəkləməli, ya da mərhələli şəkildə yenidən nəzərdən keçirməlidir:

“Əks halda sanksiyalar birlik daxilində parçalanma riskini artıra bilər. Strateji baxımdan Avropa üçün əsas məsələ təzyiq və dialoq arasında tarazlıq tapmaqdır. Bu tarazlıq qurulmasa, sanksiyalar məqsədindən çox əlavə risk mənbəyinə çevrilə bilər”.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri