Avropanın TOP 5 liqasında çempionluq yaşayan yeganə baş məşqçi Karlo Ançelotti
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bu gün 66 yaşını qeyd edən məşhur italiyalı futbol çalışdırıcısı Karlo Ançelotti Avropanın "TOP-5" liqalarının hər birində çempionluq qeyd edən yeganə baş məşqçidir.
Oxu.Az xəbər verir ki, o, karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının (üç dəfə "Real Madrid", iki dəfə "Milan"), beş dəfə UEFA Super Kubokunun (üç dəfə "Real Madrid", iki dəfə "Milan"), iki dəfə İspaniya La Liqasının ("Real Madrid"), iki dəfə İspaniya Super Kubokunun ("Real Madrid"), iki dəfə Almaniya Super Kubokunun ("Bavariya"), bir dəfə İtaliya Kubokunun ("Milan"), bir dəfə İngiltərə Premyer Liqasının ("Çelsi"), bir dəfə İngiltərə Super Kubokunun ("Çelsi"), bir dəfə İtaliya A Seriyasının ("Milan"), bir dəfə Almaniya Bundesliqasının ("Bavariya"), bir dəfə isə Fransa Liqasının (PSJ) qalibi olub.
Qeyd edək ki, Karlo Ançelottinin klub olaraq çalışdırdığı sonuncu komanda "Real Madrid" olub. O, hazırda Braziliya millisinin baş məşqçi postunda çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 10 İyun 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















