Real oynamadı Karlo Ançelotti
Icma.az, Fanat saytına istinadən bildirir.
İspaniya Superkubokunun finalında "Barselona"ya 2:5 hesabı ilə uduzan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti əzəli rəqibdən aldıqları ağır yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Real" ümumiyyətlə, oynamadı. Planlaşdırdığımızı meydanda görmədik. Pis müdafiə olunduq və bu, bizə problem yaratdı. Onlar qolları asanlıqla vurdularsa, biz istər yüksək pressinq, istərsə də dərin müdafiə planında bərbad təsir bağışladıq. Fasilədə dedim ki, hər şeydən öncə futbol oynamağa cəhd etmək lazımdır. Çünki söylədiyim kimi, birinci hissədə oynamadıq. Nədənsə yalnız uzun ötürmələrə üstünlük verirdik ki, bu da bizim planımız deyildi. Oyundan sonra uşaqlara iradımı bildirdim. Uduzmaq olar, amma bizim ilk hissədəki oyunumuzla yox".
Xatırladaq ki, "Barselona" tarixində 15-ci dəfə İspaniya Superkubokuna sahib çıxıb. "Blauqrana" bu göstəricidə rekordçudur. "Real" isə bu titula 13 dəfə sahib çıxıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















