Icma.az
close
up
RU
Avropaya Rusiya təhlükəsi: Aİ müdafiə strategiyasını müzakirə edir

Avropaya Rusiya təhlükəsi: Aİ müdafiə strategiyasını müzakirə edir

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Aİ rəhbərliyi və NATO-nun baş katibi Brüsseldə qeyri-rəsmi şəkildə gələcəyi müzakirə etmək üçün toplaşıblar

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümü ərəfəsində və onun ABŞ-la gələcək münasibətlərinə dair qeyri-müəyyənlik fonunda Avropa İttifaqı (Aİ) qeyri-rəsmi müdafiə sammiti keçirir. Avropa İttifaqının dövlət və hökumət başçıları, eləcə də Aİ rəhbərliyi və NATO-nun baş katibi Brüsseldə qeyri-rəsmi şəkildə gələcəyi müzakirə etmək üçün toplaşıblar: Avropa qitəsi üçün daha effektiv müdafiə və təhlükəsizliyin necə təmin edilməsi araşdırılır.

Sammit iştirakçıları Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək üçün daxili tədbirlərdən danışsalar da, Rusiyanın Ukraynaya qarşı müharibəsinin xarici siyasət mövzusu bütün müzakirələrdə “qırmızı xətt” kimi keçir.

Finlandiyanın Baş naziri Petteri Orpo görüşdən əvvəl “Biz hamımız başa düşməliyik ki, Rusiya təhlükədir” deyib. “Rusiya Avropa ölkələri, Avropa İttifaqı üçün daimi təhlükədir və olacaq. Bu fikir deyil, faktdır”, - deyə o əlavə edib. Buna görə də, Orpo hesab edir ki, “hər bir Aİ ölkəsi müdafiə üçün daha çox vəsait ayırmağa hazır olmalıdır”.

2021-2024-cü illər arasında Aİ-yə üzv dövlətlərin ümumi müdafiə xərcləri 30 faizdən çox artıb. 2024-cü ildə bunun 326 milyard avro və ya Aİ ÜDM-nin təxminən 1,9 faizini təşkil edəcəyi təxmin edilir. İtaliya, İspaniya, Portuqaliya, Belçika və Lüksemburq kimi bəzi Aİ və NATO üzvləri NATO hədəfinin əksinə olaraq hələ də ÜDM-nin iki faizini müdafiəyə xərcləmirlər.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sammitdən əvvəl "bu, böyük problemdir" deyib. “2 faizlik hədəf 2014-cü ildə qoyulmuşdu, ona görə də bütün ölkələrin buna nail olmaq üçün 10 il vaxtı var idi”, - Kallas söyləyib.

Lüksemburq və Belçikanın Baş nazirləri müsahibələrində problemi etiraf ediblər və həll edəcəklərinə söz veriblər.

NATO-nun baş katibi Mark Rutte sammitdən əvvəl müdafiə xərcləri üçün yeni hədəfin 2025-ci ildə müəyyən ediləcəyini vəd etmişdi: “Ancaq bu, 2 faizdən xeyli yüksək olacaq, bunu sizə deyə bilərəm!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri